İnsanın digər məxluqatdan üstün olması
Mьəllif: admin1
Tarix: 25-09-2018, 10:00
İnsanın digər məxluqatdan üstün olması
وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِيلًا

"Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik." (İsra, 70).

İzah: Allah-Taala insanı yaratdığı ilk gündən Yerdəki digər məxluqatdan fərqli yaratdı. Ona ixtiyar və iradə verdi ki, şüurlu şəkildə Allaha yaxınlaşmağa nail olsun.

Bu ayə insanın Allahın yaratdığı başqa bir çox məxluqatdan üstün və hörmətli olmasını göstərir. İnsanın digər məxluqatdan şərafətli olmasına səbəb onun ağıl və iradə nemətinə sahib olması ilə əlaqədardır.

Əgər bir insan bu nemətdən faydalanmasa, heyvani instinktlərini gücləndirsə, nəinki heyvanlardan və cinlərdən üstün olmayacaq, əksinə onlardan daha aşağı olacaq.

Bu ayədən aydın olur ki, İslam, daim insanın hörmətini nəzərə almış və bütün ilahi hökmlərin məqsədinin insanı gerçək məqamına çatdırmaq olduğunu bildirmişdir. Elə bir məqam ki, Allaha bəndəlik etməkdən başqa bir vasitə ilə hasil olmur.

Hədis: İslam peyğəmbəri (s): “Allah yanında heç bir şey Adəm övladından əziz deyil”. Soruşdular: “Ey Peyğəmbər (s)! Hətta mələklərdəmi?” Buyurdu: “Mələklər, Günəş və Ay kimi məcburdurlar.” (Şuəb əl-iman, c. 1, səh. 174, hədis: 153).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930