Zəmanəsinin böyük din xadimi olan Ayətullah Şahabadidən çox dəyərli nəsihət
Mьəllif: admin1
Tarix: 24-09-2018, 10:32
Zəmanəsinin böyük din xadimi olan Ayətullah Şahabadidən çox dəyərli nəsihət
Bu yolda böyük mənəvi məqam və geniş elmə sahib olan şəxslərdən biri də, otən əsrin böyük alim və ariflərindən biri olan Ayətullah Şeyx Muhəmməd Əli Şah Abadidir.

Şeyxin şagirdlərindən biri öz xatirələrində yazır:

Bir gün məclisdə Şeyxin hüzurunda əyləşmişdik. Şeyx xütbə oxuyurdu. Sözünü bitirdikdən sonra üzünü bizə tutub dedi:

Nə üçün mənəvi seyrə nail olmaq, insanlığın ali məqamına yüksəlmək niyyətidə deyilsiniz? Məğər həqiqi insani simaya sahib olmaq istəmirsiniz?

Məclisdən sonra Şeyxin yanına yaxınlaşıb, dediyi ali insani məqama yetişmək üçün nəsihət istədik. Şeyx buyurdu:

Sizə 3 mühüm nəsihətim vardır. Bunlara əməl etsəniz təsirini görərsiniz:

1.Öncə namazlarınızı vaxtında icra edin. Azanı eşidən kimi əlinizdə olan işlərinizi saxlayıb namaza tələsin. İmakan daxilində namazınızı camaatla qılın.

2. Camaatla insafla davranın. Alış-verişlərinizdə insaflı olun. Az qazancla qane olun. Yaxınlarınızla digərləri arasında, yanınızda olanla olmayan arasında fərq qoymayın.

3. Allahın haqqını əda edin. İl ərzində vaxtınız geniş olsa belə, Allahın buyurduğlarını əvvəl vaxta əda edin (yerinə yetirin).


(Dini saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930