İmam Hüseynin (ə) İlahi qiyamdan əvvəl qardaşına yazdığı məktub
Mьəllif: admin1
Tarix: 17-08-2022, 22:30
İmam Hüseynin (ə) İlahi qiyamdan əvvəl qardaşına yazdığı məktub
Tasua və Aşura hadisələri mühüm dini hadisələr hesab olunur. Bütün Əhli-Beyt (ə) davamçıları və İmam Hüseyn (ə) aşiqləri bu günləri əza saxlayır və göz yaşı tökürlər.

Çünki bu günü Allahın nurunu qətl etmiş və onu söndürməyə çalışmışdılar. Ancaq bu nur daha da artmış və möminlərin qəlbində elə bir atəşə çevrilmişdir ki, Qiyamət gününə qədər sönməyəcəkdir.

İmam Hüseyn (ə) Kufəyə hərəkət etməzdən əvvəl qardaşı Muhəmməd ibni Hənəfiyyəyə məktub yazır ki, bu məktubun məzmunu ilə tanış olaq:

“Hüseyn ibni Əli (ə) şəhadət verir ki, Allahdan başqa məbud yoxdur. O, yeganədir və şəriki yoxdur. Həqiqətən Muhəmməd (s) – Onun bəndəsi və rəsulu idi ki, haqq olaraq Haqq tərəfindən gəlmişdi. Behişt və cəhənnəm haqdır.

Qiyamətin saatları yaxınlaşmaqdadır və onda şəkk yoxdur. Allah qəbirdə olan hər kəsi dirildəcəkdir.

Mən əyləncə üçün qiyam etmirəm. Mənim qiyamım – cəddim Muhəmmədin (s) ümmətini islah etmək üçündür. Mən əmr-be-məruf etmək istəyirəm. Nəhy-əz-munkər etmək istəyirəm. Cəddimin sünnəti və atam Əli ibn Əbutalibin (ə) yolu ilə rəftar etmək istəyirəm.

Hər kim məni qəbul edərsə, haqqın qəbulu ilə qəbul etmiş olar. Hər kim bu mövzuda məni rədd edərsə, mən səbir edərəm o zamana qədər ki, Allah mənimlə o camaat arasında haqla hökm versin. O, hökm verənlər arasında ixtiyar sahibidir.

Bu mənim sənə vəsiyyətimdir, ey qardaş! Allaha təvəkkül etdim və Ona tərəf qayıtmaqdayam. Salam olsun sənə və hidayətin ardıcılı olan hər kəsə!

Heç bir qüvvə və qüdrət yoxdur, məgər ucaməqamlı Allahdan başqa”.

Bu məktub qısa olsa da, orada İmam Hüseyn (ə) öz məqsəd və hədəfini biz müsəlmanlara bəyan edərək, qiyamının əsil səbəblərini açıqlamışdır.

İmam (ə) buyurur ki, onun bu qiyamı heç də nəfsani istəklər və ya qəzəb qüvvəsinin təsiri altında deyil, yalnız məntiq və həqiqət üzərindən olmuşdur.

İmamın (ə) tək məqsədi var idi. O da cəddinin sünnətini dirçəldib, insanları qəflətdən ayıltmaq idi. Nə məqam, nə şan-şöhrət onu maraqlandırırdı. Tək hədəfi – Allahın dininin sabit qalması və cəddinin sünnətinin aradan getməməsi idi.

“Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031