Həyatın gözəlliklərini görmək üçün nə etməli? – 7 açar
Mьəllif: admin1
Tarix: 10-09-2018, 23:43
Həyatın gözəlliklərini görmək üçün nə etməli? – 7 açar
Şücaət elə bir dəyərli hədiyyədir ki, Allah-taala tərəfindən daxilimizə qoyulmuşdur. O zaman ki, insan bu sifətindən istifadə etməyə hazır olar, həmin sifət artıq sizin üçün olar.

O zaman ki, bu sifətdən istifadə edərsiniz, həyəcanlanar və həyatınızda nəyəsə yaradığınızı dərk edərsiniz. Bu hiss sizi xoşbəxt edər.

Ən şücaətli əməl odur ki, üzrxahlıq və bəhanə olmadan özünüz olasınız, özünüz, yəni, mənliyinizi gizlətməyəsiniz. Malik olduqlarınıza görə məsuliyyətləri qəbul edəsiniz.

İnsan o zaman şücaətli ola bilər ki, mənliyini dərk edə bilər. Nə qədər cəsur olduğunu başa düşərkən, bu anlayış ona agah olar.

Əgər həyatda hüzurlu yaşamaq istəyiriksə, gərək bu yeddi açarımız olsun:

1. Başqalarının mənim həyatım haqqındakı mənfi düşüncələri mənə təsir qoymur.

2. Bütün insanların məni dərk etməsi mümkün deyildir. Ancaq müdrik insanları rəyi əhəmiyyətlidir.

3. Hər kimə yaxşılıq edirəmsə, Allah üçün edirəm, özümə görə heç bir gözləntim yoxdur.

4. O kəslər ki, mənə qarşı haqsızlıq ediblər, gərək məndə kin yaratmasınlar. Tövbə etməsə, Allah onları cəzalandıracaqdır.

5. Dünya elə bir yer deyildir ki, bir başqasının müvəffəqiyyəti mənim müvəffəqiyyət yolumu sıxışdırsın.

6. Həyatdakı əsil meyarım – təqva, nəciblik və alicənablıqdır. Gözəl əxlaq nümayiş etdirmək – ən üstün dəyərdir.

7. Hər nə edirəmsə - axirətim üçün edirəm, bu dünyanı sadəcə bir körpü kimi görürəm.

Bir müddət bu açarlardan istifadə edin və görəcəksiniz ki, başqalarının sizin haqqındakı mənfi fikirləri və ətrafınızda olanların sizə tənəli sözləri, Allah üçün yerinə yetirdiyiniz əməllərə görə məsxərə olunmağınız heç də həyatınıza təsir qoymayacaqdır. Əksinə, sizi daha da şücaətli və cəsur edəcəkdir.

O zaman ki, qəlbiniz sıxılacaq, Allaha təvəkkül edib, daha çox mətanətli olacaqsınız. Ürəyinizi onunla rahat edin ki, sizi anlayan və sizə dəyər verən Allahınız vardır, baxmayaraq ki, ətrafınızda olan insanlar sizə dəyər verməsə belə.

Bu yolla həyatın gözəlliklərini görməyə və ondan zövq almağa mütləq nail olacaqsınız!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031