İmam Əliyə (ə) məhəbbətinə görə şəhid edilən yazıçı
Mьəllif: admin1
Tarix: 10-09-2018, 23:40
İmam Əliyə (ə) məhəbbətinə görə şəhid edilən yazıçı
Nəsayi – ərəblərin məşhur yazıçılarından olmuşdur ki, İmam Əli (ə) aşiqi idi. Onun “Xəsayisi Əli ibni Əbutalib (ə)” adlı kitabı vardır ki, burada İmamın (ə) fəzilətlərindən və qələbələrindən bəhs etmiş və İmamı (ə) mədh etmişdir.

Deyilənə görə, onun bu kitabı yazmaqdakı məqsədi o zaman yaranmışdır ki, Dəməşq şəhərinə gəlmiş və cahil camaatın nə qədər İmama (ə) nifrət etdiyinin şahidi olmuşdur. O da insanların fikrini dəyişdirmək və Əhli-Beytə (ə) qarşı məhəbbət yaratmaq üçün bu kitabı yazmış və yaymışdır.

Ancaq Dəməşq xalqı uzun illər Müaviyyənin (lən) təbliğatı altında olduqları üçün bu kitabda yazılanları qəbul edə bilməmiş və yazıçıdan istəmişdilər ki, Müaviyənin fəzilətlərini bəyan edən kitab yazsın.

Nəsayi isə onların bu istəyinə belə cavab vermişdir: “Mənim Müaviyyənin fəzilətləri barəsində hansısa məlumatım yoxdur”.

Bu sözləri eşidən Şam əhli onu o qədər döymüşdülər ki, nəticədə şəhid olmuşdur.

İbni Curi və başqa tarixçilər onun ölümü barəsində yazırlar: “Nəsayi ömrünün son günlərində Misirdən Dəməşqə gəlir. Orada ondan Müaviyyənin fəzilətləri barəsində soruşurlar. O, isə cavab verir: “Onu Əli (ə) ilə eyni səviyyədə qərar vermisiniz, indi isə istəyirsiniz ki, ondan üstün olsun?”.

Onu məsciddə döyür, sonra bayıra atırlar. Yaralı bədənini isə ya Rəmələyə, ya da Məkkəyə göndərirlər ki, orada da dünyasını dəyişmişdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930