Qadının xəlq olunmasının səbəbi nədir?
Mьəllif: admin1
Tarix: 6-05-2020, 12:07
Qadının xəlq olunmasının səbəbi nədir?
Quranda oxuyuruq: “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Bu ayədə yuxarıdakı sualın cavabını tapmaq olar. Bu ayə bizə demək istəyir ki, qadınla kişi arasında ülfətin yaranması və evlilik – Allahın nişanələrindəndir. Ancaq bu ayə onu demək istəmir ki, bu aramlıq hissi ancaq kişilərə aiddir. Əslində hər iki cinsə də aid edilir.

Yəni, necə kişi qadınla birlikdə olanda aramlıq hiss edir, eləcə də qadın kişi ilə birlikdə olanda aramlıq hiss edir. Hər ikisinin arasında rəhmət və ülfət meydana gəlir ki, bu aramlıq hissinin yaranmasına səbəb olur.

Əllamə Təbatəbai bu haqda yazır: “Hər bir qadın və kişi öz-özlüyündə naqis və bir-birinə möhtacdırlar. Bu ikisinin cəmindən tam vahid meydana gələr. Bu naqislik və ehtiyaca görədir ki, hər ikisi də bir-birinə tərəf hərəkət edərlər. Bir-birinə çatan kimi, aramlıq taparlar. Hər bir naqis olan kamala meyil edər və hər bir möhtac olan ehtiyacını aradan qaldırmağa çalışar”.

Beləliklə deyə bilərik ki, qadının xilqətinin səbəbi – məhrəminin kənarında aramlığa çatıb, onunla tam olmaqdır. Nöqsan və ehtiyacını aradan aparıb, ülfətə çatmaqdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930