Allahın Peyğəmbərə (s) salamı
Mьəllif: admin1
Tarix: 30-08-2022, 12:02
Allahın Peyğəmbərə (s) salamı
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا


"Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə salam və rəhmət göndərirlər. Ey iman gətirənlər! Siz də ona salam göndərin və layiqincə təslim olun." (Əhzab, 56).

İzah: Peyğəmbərin (s) məqamı o qədər ucadır ki, Allah-Taala Özü ona salam göndərir və mələklər də Haqqın səsinə qoşulurlar. Odur ki, Allah möminlərdən də Onun və mələklərin səsinə qoşulmasını, əziz İslam peyğəmbərinin (s) uca məqamına salam göndərməsini və onun sözlərinə tam surətdə təslim olmasını istəyir.

Allahın Peyğəmbərə (s) salam göndərməsində məqsəd o həzrətə (s) xüsusi rəhmətini göndərməsi və istəyini qəbul etməsidir. Mələklərin o həzrətə (s) salam göndərməsində məqsəd isə dua və ya məlum salavat zikridir ki, çox böyük savaba və bərəkətə malikdir.

Hədis: İmam Baqir (ə) və ya İmam Sadiq (ə): “Qiyamət günü əməl tərəzisinə qoyulacaq ən ağır əməl Məhəmməd (s) və Əhli-beytinə (ə) salavat göndərməkdir.” (Qurəbul-isnad, səh. 14, hədis: 45).
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031