Etdiyimiz yaxşı əməllər ölənlərimizə müsbət təsir edirmi?
Mьəllif: admin1
Tarix: 3-09-2018, 14:08
Etdiyimiz yaxşı əməllər ölənlərimizə müsbət təsir edirmi?
İmam Sadiq (ə) buyurur: “Ölən insan, onun üçün istənilən rəhmət və bağışlanmağa görə şad olar, necə ki, diri insan, ona hədiyyə verilən zaman sevinər”.

İnsanın öləndən sonra mühüm mövzularından biri də bərzəx təkamülü mövzusudur. Yəni, insan bərzəx aləmində, öləndən sonra ona nəsib olan bərəkətlərdən bəhrələnər.

Əgər həyatda saleh övladı olarsa və onun üçün bağışlanma diləyərsə, onun dərəcəsi qalxar. Ona görə də hədislərimiz bizə tövsiyə edir ki, ölülər üçün bağışlanmaq istəyək və ya onları yada salıb, yaxşı işlər görək.

Hədislərimiz buyurur ki, saleh övlad sədəqə kimidir və bərzəx aləmində sahibi üçün əcrə malikdir. Saleh övlad valideynləri üçün istiğfar edər, Allah da onlara Öz rəhmətini şamil edər. Bəzən övlad valideynini yada salmadan da, yaxşı işlər görər. Bu yaxşı iş yaxşı tərbiyənin məhsulu olduğu üçün, Allah bu əmələ görə onu bərzəxdə bəhrələndirər. Əzabına son verər.

İnsan öləndən sonra başqa müsəlmanların boynuna onunla bağlı vəzifələr düşər. O cümlədən: qüsl, kəfənləmək, namaz, dəfn, meyitə vacib olan qəzalar. Ölülər üçün bəzi əməlləri yerinə yetirmək müstəhəbdir. O cümlədən: sədəqə, dua etmək, Quran oxumaq, namaz və yaxşı işlər ki, ölənin ruhunun şadlığına təsir qoyar.

Sədəqə vermək. Bəni-Saidədən birinin anası rəhmətə getmişdi və o, Həzrət Peyğəmbərə (s) dedi: “Mən olmayan zaman anam vəfat etmişdir. Əgər mən onun üçün bir şeyi sədəqə versəm, faydası ona aid olar?”. Həzrət (s) buyurdu: “Bəli”.

Quran oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qəbiristanlıqdan keçər, 11 dəfə “İxlas” surəsini oxuyarsa və savabını ölüyə bağışlayarsa, ölülərin sayı qədər ona əcr verilər”.

Namaz qılmaq. Ölü üçün müstəhəbdir ki, ilk qəbir gecəsində olan zaman ona iki rükət vəhşət namazı qılınsın.

Yaxşı əməllər. İmam Sadiq (ə) buyurur: “Sədəqə, dua, yaxşılıq ölən adama çatar. Əcrini bu işi görənə və ölənə verərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi unutmayın. Sizin ölüləriniz sizin ehsanınıza ümid bəsləyərlər. Ölüləriniz həbsdədirlər. Sizin yaxşı işlərinizə rəğbət bəsləyərlər. Onlar özləri iş görmək qüdrətinə malik deyildirlər. Siz sədəqə və duanızı onlara hədiyyə edin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031