Ərdoğandan Trampa ağır zərbə: Ruslar Türkiyədə hərbi-baza quracaq
Mьəllif: admin1
Tarix: 2-09-2018, 17:24
Ərdoğandan Trampa ağır zərbə: Ruslar Türkiyədə hərbi-baza quracaq
İslamazeri.com-un “Rossiya 24”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovskiy hesab edir ki, Rusiya Türkiyə və İranla bu ölkələrin ərazisində Rusiya hərbi-dəniz və hərbi-hava bazalarının yerləşdirilməsi haqda razılığa gəlməlidir.

“Dərhal İranda da, Türkiyədə də bizim hərbi-hava, hərbi-dəniz bazalarının (yerləşdirilməsini) tələb etmək lazımdır. O (Türkiyə) hazırdır, mən sizinlə danışdığım kimi, Ərdoğanla da danışmışam. O, Rusiya ilə birlikdə olmaq istəyir, o, sırada qalmaq istəmir, son vaqonla Avropa İttifaqına getmək istəmir. Çünki bizimlə (olduqda) bütün dünya Ərdoğanın kim olduğunu biləcək.”, - deyə Jirinovskiy bildirib.

Xatırladaq ki, Jirinovskiy iyul ayında Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Türkiyə prezidentinin inaqurasiya tədbirində iştirak edib. O zaman, RLDP lideri demişdi ki, onun fikrincə, Türkiyənin cənubunda yerləşən “İncirlik” aviabazası NATO üçün qapadılaraq Rusiyaya verilə bilər.

Xatırladaq ki, son zamanlar Türkiyə ilə ABŞ arasında münasibətlər gərginləşib. Bunun səbəblərindən biri də hələ 2016-cı ildə Türkiyənin həbs etdiyi ABŞ-lı keşiş Endryü Bransondur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930