Həzrət Adəmlə (ə) görüşən altı nəfər
Mьəllif: admin1
Tarix: 25-08-2018, 10:20
Həzrət Adəmlə (ə) görüşən altı nəfər
Bir gün Həzrət Adəm (ə) bir yerdə əyləşmişdi. Anidən altı nəfəri müşahidə edir ki, onlardan üç nəfəri ağ paltarda və üç nəfəri də qara paltarda idilər. Ağ paltar geyinənlər gəlib Adəmin (ə) sağ tərəfində və qara paltar geyinənlər sol tərəfindən əyləşirlər.

Həzrət Adəm (ə) üçün bu mənzərə qeyri-adi idi. Onlardan istəyir ki, özlərini tanıtsınlar. Əvvəl sağ tərəfində əyləşənlərə nəzər salır və onlardan birindən soruşur: Sən kimsən?

Deyir: Mən ağılam.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insan beynində və düşüncəsindədir.

Həzrət Adəm (ə) o biri ağ paltarlıdan soruşur ki, sən kimsən?

Deyir: Mən məhəbbətəm.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanların qəlbindədir.

Adəm (ə) üçüncüdən soruşur ki, sən kimsən?

Deyir: Mən həyayam.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanın gözündədir.

Adəm (ə) üzünü qara paltar geyinənlərdən birinə tutur və deyir ki, sən kimsən?

Deyir: Mən təkəbbür və lovğalığam.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanın beynində və düşüncəsindədir.

Adəm: Məgər ağıl orada qərar tutmurmu?

Deyir: O zaman ki, mən orada qərar tutaram, ağıl qaçar.

Adəm (ə) ikincisindən soruşur ki, sən kimsən?

Deyir: Mən həsədəm.

Adəm: Sənin yerin haradadır?

Deyir: Mənim yerim insanların qəlbindədir.

Adəm: Məgər məhəbbət orada qərar tutmurmu?

Deyir: O zaman ki, mən orada yer alaram, məhəbbət oradan çıxar.

Adəm (ə) üçüncüdən soruşur ki, sən kimsən?

Deyir: Mən tamaham.

Adəm: Yerin haradadır?

Deyir: Mənim yerim insanların gözündədir.

Adəm: Məgər həya orada qərar tutmurmu?

Deyir: O zaman ki, mən orada yer alaram, həya gedər.

Bu yolla Həzrət Adəm (ə) dərk edir ki, təkəbbür və lovğalıq – ağlın, həsəd – məhəbbətin, tamah isə həyanın düşmənidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031