Peyğəmbərdən (s) nəql olunan hədislər
Mьəllif: admin1
Tarix: 5-04-2020, 21:57
Peyğəmbərdən (s) nəql olunan hədislər
Hər gün günəş doğan zaman iki mələk onun kənarında fəryad edib deyir: “Camaat! Allaha tərəf tələsin! Az, lakin kifayət edəcək qədər olan mal-dövlət çox və qəflətə səbəb olacaq çoxlu mal-dövlətdən yaxşıdır.

İki iş var ki, onları yerinə yetirərkən kimsənin mənə kömək etməsindən xoşlanmıram − biri dəstəmaz, digəri isə öz əlimlə dilənçiyə verdiyim sədəqə. Çünki sədəqə Allahın əlinə çatır.

İki söz var ki, həmişə eşidilməz (yəni, gözlənilməzdir). Bu iki sözə gərək riayət edilsin. Bunların biri ağılsızın dediyi gözəl sözdür. Bunu qəbul edin. Digəri isə, ağıllı insandan eşitdiyiniz ağılsız sözdür. Bu sözə isə etina etməyin.

Behiştin xoş ətri beş yüz illik məsafədən hiss olunur. Lakin bu iy bir valideynlərinə əziyyət verib onları incidənlərə, bir də dəyyuslara qismət olmaz.

Soruşdular: “Dəyyus kimlərdir?”

Buyurdu: “Dəyyus, qadınlarının başqa kişilərlə əlaqə saxladığını bilib, buna qarşı heç bir çarə fikirləşməyən biqeyrət kişilərdir.”

İkiüzlü insanlar qiyamət səhnəsinə başı üstə, ikidillilər isə üzləri üstə süründürülərək gətirilərlər. Atəş onların bədənindən elə püskürər ki, bədən üzvləri əriyib tökülər. Onları belə tanıtdırarlar: “Bunlar dünyada ikiüzlü və ikidilli olanlardır!”

Dünyada ikiüzlü olanların Qiyamət günü atəşdən iki dili olar.

İnsanlar ölən zaman iki dəstə olurlar. Bir dəstə rahat olur, digəri isə başqalarını rahat edir. Birinci dəstə möminlərdir ki, dünya çətinliklərindən azad olurlar. İkinci dəstə kafirlərdir ki, ölməkləri ilə bitkilər, heyvanlar və insanlardan bir çoxu onların şərindən rahat olurlar.

Həqiqi mömin o kəsdir ki, öz varını kasıblarla bölüşdürsün və insanlar barəsində insaflı olsun.

Mömin o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar.

Yenə də o Həzrətdən (ə) nəql edirlər ki, buyurub: “Həya iki qisimdir. Bi-rincisi insanın zəifliyindən, ikincisi isə imanın qüvvətindən irəli gəlir. Birincisi lazım olan məsələləri öyrənməkdən irəli gələn, ikincisi isə günah zamanı Allah qarşısında edilən həyadır.”

Yenə də buyurub: “İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri zülümkar padşahın qapısını qoruyan şəxs, ikincisi isə dində ifrata varmaqla həddini aşan təəssübkeş dindar.”

Yenə də buyurub: “Adəm övladı qocalsa da iki xislət onda cavan qalar; hərislik və uzun-uzadı xam-xəyal və arzular.”

İmam hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pərhizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”

Yenə də buyurub: “İnsanın iki şeydən xoşu gəlmir. Biri ölümdür. Baxmayaraq ki, ölüm möminin çətinliklərdən qurtarıb səadətə qovuşmasına səbəb olur. Digəri isə var-dövlətin azlığı.”

İki xislət heç vaxt müsəlmanın qəlbinə daxil olmaz. Biri xəsislik, digəri isə bədxasiyyətlik. Xəsisliklə iman heç vaxt bir qəlbə yerləşməz.

Yenə də buyurub: “İki şey var ki, onlardan başqa heç nəyə paxıllıq etmək olmaz. Biri budur ki, Allah bir kəsə bol var-dövlət verib, o da həmin var-dövləti Onun yolunda paylayır. Digəri isə budur ki, bir kəsə Quranla ünsiyyət yaradıb, ona yaxşı bələd olmaq kimi böyük bir nemət qismət olub və həmin kəs də gecə-gündüz onu oxuyur.”

Səfvan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənə (ə) heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”

"Mənim ümmətimin cəhənnəmə getməsinə səbəb olacaq əsas şey ağız və cinsiyyət üzvü arasındakı nahiyədir. Onları cənnətə aparacaq ümdə şey isə xoş xasiyyət və günahlardan çəkinməkdir."

"Mənim ümmətimin islah olması üçün əvvəlinci iki əsas şey günahlardan çəkinmək və yəqindir."

"Onların həlak olması üçün isə ən axırıncı iki şey isə paxıllıq və tamahkarlıqdır."

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930