40-illik səhv yol və bircə kiçik əməlin bəhrəsi
Mьəllif: admin1
Tarix: 19-08-2018, 10:56
40-illik səhv yol və bircə kiçik əməlin bəhrəsi
Səhranı qar bürümüşdü. Belə bir gündə Zulnun adlı bir şəxs səhraya getməyi qərara alır. İmandan uzaq olan bir zərdüştlünü görür ki, ətəyini yığıb qarın üzərində yol gedirdi. Hara getsəydi, toxum səpərdi.

Zulnun deyir: “Ey kəndli! Bu qarın üzərinə niyə toxum səpirsən?”.

Deyir: “Hər yeri qar basmışdır və hətta çöl toyuqlar belə gözə görünmürlər. Mən bu toxumları o quşlar üçün səpirəm ki, bəlkə Allah buna görə mənə rəhmət edər”.

Zulnun deyir: “Sən Allahdan uzaq olduğun üçün bu əməlin qəbul olmayacaqdır”.

Deyir: “Əgər qəbul etməsə də, Allah ki, bunu görür! Əgər görürsə, bu, elə mənə kifayətdir”.

Gələn ili Zulnun həccə gedir və təvaf zaman gözü həmin zərdüştlüyə dəyir.

Deyir: “Ey Zulnun! Niyə boş söz deyirdin? Deyirdin ki, Allah qəbul etməyəcəkdir. Ancaq O, həm gördü və həm də qəbul etdi. Məni öz evinə dəvət etdi”.

Zulnun bu sözlərdən təəccüb edir və deyir: “Allahım! Belə ucuz hədiyyə edirsən Öz rəhmətini? Bu zərdüştlünün 40 illik məsuluyyətini boynundan götürmüsən, dostluğunu düşmənə verirsən?”

Nida edən ona car çəkir: “Hər kim onu çağırar, haqlıdır. Əgər çağırarsa, səbəbi olmaz, əgər boyun qaçırdarsa da səbəbi olmaz”. (Həvzəh)

Yəni, Allah onu çağıran və Onun yolunda edilən hər bir xalis əməli qəbul edər.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930