Sıxıntıda olduqda Allah yolunda xərcləmək (İtam ayəsi)
Mьəllif: admin1
Tarix: 17-08-2018, 09:36
Sıxıntıda olduqda Allah yolunda xərcləmək (İtam ayəsi)
إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

"Sözsüz ki, itaətkarlar kafur qatılmış (şərabla dolu) badələrdən nuş edəcəklər. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən çox kəskin və ağır bir gündə ehtiyat edirik!”" (İnsan, 5-10).

İzah: Bu ayələr də Əhli-beyt (ə) fəzilətlərinin sahilsiz ümmanından bir damlanı, xüsusilə onların (öz malını) Allah yolunda xərcləməsini və Allahdan qorxmasını bəyan edir.

Hədis: İmam Əli və həzrət Fatimə, Həsən, Hüseyn (ə) və öz xidmətçiləri ilə birlikdə üç gün ardıcıl oruc tutdular. İftar zamanı ən ac və sıxıntılı anda öz yeməklərini birinci gün yoxsula, ikinci gün yetimə, üçüncü gün isə əsirə verdilər. Bu, yuxarıdakı ayələrin nazil olmasına səbəb oldu. Bu hadisənin geniş izahı təfsir və rəvayət kitablarında öz əksini tapmışdır (Əmali, Səduq, səh. 257, hədis: 11).


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031