Alimlər Kainatda qalaktik səhra kəşf etdilər
Mьəllif: admin1
Tarix: 16-08-2018, 09:00
Alimlər Kainatda qalaktik səhra kəşf etdilər
Astrofiziklər qədim qalaktikaları müşahidə edərək Balıq bürcündə kosmik səhra kəşf ediblər. Modern.az yerli mediaya istinadən xəbər verir ki, heç bir ulduzun olmadığı səhranın diametri 500 milyon işıq ilidir.

“Kainatda belə zonanın olması ilk qalaktikaların yaranması və şəffaf olması barədə fikirləri dəyişir. Əgər bizim müşahidələr özünü doğrultsa, dünyanın yaranması barədə də teoriyaya dəyişiklik ola bilər”, - deyə Stiven Furlanetto deyib.

Alimlər fikrinə görə, materiya Kainatda düz yox, nəhəng tor şəklində yayılıb. Bu boşluqlar və yığılmalar Böyük Partlayış nəticəsində yaranıb. Bu torun formalaşmasını izah edən kosmoloji teoriya müasir qalaktikaların ölçüləri və vəziyyəti barədə kifayət qədər yaxşı məlumat verir.

Amma bu yaxınlarda alimlər ciddi kəşflərə imza atıblar. Məsələn, Qalaktikamızın yanında qeyri-adi struktur kəşf edilib və burada materiya yoxdur. Bundan başqa məlum olub ki, Süd Yolu Qalaktikası boşluq zonasının daxilində yaranır. Bu zona isə Kainatın digər hissələrinə nisbətən daha sürətlə genişlənir.

Furlanetto və həmkarları “Subaru” teleskopu ilə qədim qalaktikaları müşahidə edəndə Yerdən 12 milyard işıq ili uzaqda yerləşən anomaliya kəşf ediblər. Bu, kosmik səhradır və onun daxilində heç bir ulduz yoxdur.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031