İnsanı behiştə qovuşduran xüsusiyyətlər
Mьəllif: admin1
Tarix: 11-08-2018, 15:26
İnsanı behiştə qovuşduran xüsusiyyətlər
İmam Baqir (ə) buyurur: “On sifət vardır ki, hər kim onlarla Allaha qovuşarsa, behiştə daxil olacaqdır. Allahın təkliyinə şəhadət vermək. Peyğəmbərin (s) risalətinə şəhadət vermək. Allah tərəfindən gələnlərə etiraf etmək. Namaz qılmaq, zəkat vermək. Ramazan ayının orucu, Allah Evinin həcci, Allahın dostu ilə dost olmaq. Həzrət Rəbbin düşmənlərindən bezar olmaq, məst edən hər şeydən uzaq olmaq”.

Həzrət Musa ibni Cəfər (ə) nəql edir: “Hər kim məğrib namazı üçün dəstəmaz alarsa, bu dəstəmaz onun keçmiş gündə işlətdiyi günahların kəffarəsidir. Böyük günahlardan başqa. Hər kim sübh namazı üçün dəstəmaz alarsa, bu dəstəmaz onun keçən gecə işlətdiyi günahların kəffarəsidir. Böyük günahlarından başqa”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi düşməndən nicat verəcək silaha tərəf hidayət edimmi? Ruzinizi də artırsın? Dedilər: Niyə? Ya Rəsullah! Buyurdu: Allahı gecə və gündüz çağırın və dua edin. Çünki möminin yeganə silahı - duadır”.

İmam Rza (ə) buyurur: “Sizə gecə namazını tövsiyə edirəm. Elə bir mömin yoxdur ki, gecənin axırında dursun, 8 rükət gecə namazı, iki rükət “Şəf” və bir rükər “Vitr” namazı qılsın və 70 dəfə istiğfar etsin, Allah ona qəbir əzabından və cəhənnəm əzabından aman verməsin. Ömrünü artırmasın, ruzisi artırmasın. O evdə ki, gecə namazı qılınar, nuru səma əhli üçün parlayan ulduz kimi olar.”

İmam Baqir (ə) buyurur: “Cümə günü əsr namazını qılandan sonra bu duanı oxu: “
«اللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الأْوْصياءِ الْمَرْضِيّينَ بِأفْضَلِ صَلَواتِكَ و بارِكْ عَلَيْهِمْ بِأفْضَلِ بَرَكاتِكَ و السَّلامُ عَلَيْهِمْ وَ عَلى أرْواحِهِمْ وَ أجْسادِهِمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكاتُهُ


Hər kim bu duanı oxuyarsa, Allah ona yüz min həsənə yazar. Yüz min günahını məhv edər. Yüz min hacətini yerinə yetirər. Ona yüz min dərəcə mərhəmət edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz vaxtı çatmaz, o haldan kənar ki, mələk insanların qarşısında fəryad çəkməsin: Özünüz üçün alovlandırdığınız alova tərəf qalxın və onu söndürmək üçün namazınızı qılın”.

İmam Sadiq (ə) buyurur: “Bir vacib namaz 20 həccdən daha yaxşıdır. Bir həcc də içi qızıl ilə dolu olan və hamısı Allah yolunda sədəqə verilən evdən yaxşıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, sözü Quran və evi məscid olar, Allah behiştdə onun üçün ev tikər”.

Bu hadqa nə qədər yazsaq da, azdır. İlahi vacibata əməl etmək - hər bir müsəlmanın borcu olduğu kimi, ona çox sayda fəzilət və nur gətirir. Həm dünyasını və həm də axirətini abad edir. Allah bizləri həqiqi ibadətkarlardan qərar versin!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031