Quran işığında: Münafiqlər…
Mьəllif: admin1
Tarix: 9-08-2018, 10:39
Quran işığında: Münafiqlər…
Rəhman və Rəhim Allahın adı ilə

Münafiqlər Allaha and içirlər ki, həqiqətən, onlar sizdəndirlər. Halbuki sizdən deyillər. Onlar sizdən qorxan bir qövmdürlər.

Ayənin mesajları:

-Münafiqlər işdə yalan anddan istifadə edirlər.

-Münafiqin tövbəsinin qəbuluna, onun iddialarına inanmağa tələsməyin. Çünki onlar yalançıdırlar.

-Münafiqlərin həqiqi simasını ifşa etmək zəruridir.

-Qorxu və dəhşət münafiqin digər nişanələrindəndir.

Əgər münafiqlər sığınacaq, mağara və ya qaçmağa yol tapsaydılar, şübhəsiz ki, tələsik ora üz tutardılar.

Ayənin mesajları:

– Münafiq mövcud vəziyyətdən qaçmaq üçün fürsət sorağındadır.

-Münafiqlərdə İslam cəmiyyətindəki mühitə dözüm yoxdur. (Münafiqlər avara həyat tərzi keçirir və müsəlmanlarla birlikdə yaşamaq onlar üçün dözülməzdir.)

-Var-dövləti və ailə-övladı olduğu halda İslam həyat tərzindən sıxılmaq münafiqlərin dünyəvi əzab nümunələrindəndir.

-Münafiqlər möminlərlə dava-dalaşda itidirlər.

Nur təfsiri, Tövbə surəsi, ayə 56,57


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930