Geyimin əxlaqa təsiri
Mьəllif: admin1
Tarix: 5-08-2018, 23:13
Geyimin əxlaqa təsiri
Geyim insana aid olan bir şeydir. Demək olar ki, geyim - insan şəxsiyyətinin bayrağıdır. Onun əqidəsindən, mədəniyyətindən, ədəb və adətindən danışar.

Geyimin müxtəlif mənşələri vardır: ruhi, ictimai, təhlükəsizlik, əxlaqi, dini... Geyim - Allahın insana əta etdiyi nemətlərdən biridir.

Geyim insanı soyuqdan, istidən qoruyar və dini vacibatları yerinə yetirməyə yardım edər. Geyim rəngi, cinsi və təmizliyi ilə insan ruhuna təsir qoyar.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey cismi şad edər və onun inkişafına səbəb olar: ətir, yumşaq paltar və bal içmək”.

Digər yerdə isə geyimin təkəbbürə təsiri ilə bağlı Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Ey Əbuzər! Qaba və qalın paltar geyin ki, təkəbbür və qürur sənə yol tapmasın”.

İmam Cəfər Sadiq (ə) buyurur: “O zaman ki, Məkkə dərəsinə enirsiniz, köhnə və qaba paltarlarınızı geyinin. Çünki o kəs ki, heç bir təkəbbür və qürur olmadan Məkkə dərəsinə enər, Allah Təala onu bağışlayar”.

Bəsrə xəvaricləri İmam Əlinin (ə) yanına gəlirlər və onların arasında Cəəd ibni Bəcə adlı biri İmam Əlinin (ə) geyindiyi paltara görə onu məzəmmət edir və deyir: “Nə bais olur ki, yaxşı paltar geyinməyəsən?”.

Həzrət (ə) buyurur: “Sənin mənim paltarımla nə işin var? Bu paltar insanı təkəbbürdən uzaq edər və layiqlidir ki, müsəlmanlar mənə iqtida etsinlər”.

Paltarın təmizliyinin lazımlığı barədə İmam Əli (ə) buyurur: “Paltarı yumaq qəm və qüssəni aradan aparar”.

Əqiq üzüyün üstünlüyü barədə İmam Sadiq (ə) buyurur: “O kəs ki, əqiq üzüyü barmağına taxar, yoxsul olmaz və ona yaxşılıqdan başqası hökm olunmaz”.

İmam Rza (ə) buyurur: “Əqiq yoxsulluğu aradan aparar və əqiq taxmaq nifaqı uzaq edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930