O zaman ki, hamı özünü müdir bilər
Mьəllif: admin1
Tarix: 4-08-2018, 15:53
O zaman ki, hamı özünü müdir bilər
Nəql edilir ki, günlərin birində padşah ova çıxmaq istəyir. Onun ağıllı vəziri var idi və padşahı tək qoymur və onunla birlikdə ova çıxır.

Onlar meşəyə gəlib ceyranların dalınca düşürlər. Vəzir yaxşı bilir ki, padşah tənbəldir və heç bir ceyranı ovlaya bilməyəcəkdir. Ancaq yenə də onu tək qoymur. Onlar o qədər ceyranın dalınca çapırlar ki, nəhayət yorulurlar. Uzaqda bir kənd görünür.

Ağıllı vəzir padşaha deyir: “Ey sərvərim! Gəlin bu kəndə gedək və yorulmuşuq, bir qədər istirahət edib, təzə yeməklərdən yeyək. Ondan sonra saraya qayıdarıq”.

Padşah razı olur. Elə ki, kənxuda padşahın gəlişindən xəbər tutur, insanları toplayır və onların hər birinə bir iş tapşırır. Biri meyvə dərib gətirir, biri istirahət üçün yer hazırlayır, başqaları yemək bişirməklə məşğul olurlar.

Qısa müddətdə padşah həm istirahət üçün yer tapır, həm də qarnını doyuzdurur. Ovun yorğunluğunu tamamilə unudur. Şah deyir: “Bu kənd nə qədər də abaddır”.

Vəziri deyir ki, bunun səbəbi kəndxudanın tədbirli və ağıllı insan olmasına görədir. Ancaq padşah onunla razılaşmır və deyir ki, insanların özü ağıllı və tədbirlidirlər. Bu zaman vəzir deyir ki, mən sizə sözümün doğruluğunu isbat edəcəyəm.

Elə ki, kəndi tərk edirlər, vəzir hamıya təşəkkür edir və deyir ki, bu gündən sonra kənddə hamı kəndxudadır. Elə ki, onlar gedirlər, hamı sevinir və şadlıq edirlər ki, hamısı kəndxuda olubdurlar.

Sabahısı günü onlardan biri kəndxuda kimi gəlir və sulamaq növbəsinin kimdə olduğunu bu işə baxan şəxsdən soruşur. O da cavab verir ki, mən artıq bu işlə məşğul olmuram, çünki mən də kəndxudayam.

Keçmiş kəndxuda evi üçün çörək almağa çıxır, ancaq görür ki, çörək yoxdur, xəmir olduğu kimi qalıbdır. Heç kəs iş görmək istəmir və hamı özünü kəndxuda bildiyi üçün başqalarının işləməsinə nəzarət etmək istəyir.

O gündən sonra tarlalar sulanmır və abad olan bu gözəl kənd xarabalığa çevrilir. Ona görə də insanların çoxu bu kəndi tərk edir və başqa yerlərə köçürlər.

Gələn ili elə həmin fəsildə padşah vəziri ilə yenə həmin kəndə gəlir və kəndi xarabalıq halında görürlər. Şah deyir: “Bu kəndin başına nə gəlmişdir?”.

Vəziri deyir: “O yerdə ki, tədbirli müdir olmaz, hər kəs özünü kəndxuda bilər, vəziyyət bundan başqası cür ola bilməz”.

Şah səhvini başa düşür və insanları meydanda toplayıb onlara deyir ki, əvvəlki kəndxudalarını qaytarsınlar və hər biri əvvəlki ildə məşğul olduğu peşə ilə məşğul olsun.

O gündən sonra hamı kəndxudaya hörmət edir və onun əmrlərinə tabe olurlar. Kənd əvvəlki kimi abadlaşmağa və gözəlləşməyə başlayır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930