Həcc: İmam Sadiq (ə) və İmam Baqir (ə) olmasaydı…
Mьəllif: admin1
Tarix: 3-08-2018, 13:14
Həcc: İmam Sadiq (ə) və İmam Baqir (ə) olmasaydı…
Həcc dünya müsəlmanlarının bir-birlərilə tanışlığı üçün ən mühüm vasitələrindəndir. İmam Sadiq (ə) dəfələrlə həcc əməlini yerinə yetirmiş və bu səfərlərlə bir sıra müsəlman hacıları ilə görüşmüşdür. İmam Sadiq (ə) bu görüşlərin hamısında onların müəllimi və həcc məsələlərində yol göstərən olmuşdur.

O həzrət və atası İmam Məhəmməd Baqir (ə) həcc məsələlərini təfsilatı ilə bəyan etməyə çalışmışlar. Hədisçilər, fəqihlər bu mühüm vacib əməlin hökmlərini bu iki böyük şəxsiyyətin dilindən yazmış, qeydə almışlar. Demək olar ki, bu iki şəxsiyyət olmasaydı, həcc məsələləri, onun hökmləri heç vaxt bilinməzdi.

İmam Sadiq (ə) həcc mərasimin təvafdan, ərəfatda və minada vuqufdan tutmuş digər bütün əməllərinə kimi hamısını kamil xuzu və xuşu ilə yerinə yetirirdi.

İmam Sadiq (ə) həcc dayanacaqlarında ən böyük xuşu edənlərdən, dua edənlərdən idi. Sufyan Souridən belə rəvayət edilir: And olsun Allaha ki, Cəfər ibn Məhəmmədi kimi Allah dərgahına yalvaran, ah-nalə edən və onun kimi bir əməl yerinə yetirən kimsə görmədim. O, Ərəfata çatdıqda camaatdan ayrılaraq, şərafətli dayanacaqda Allah dərgahına duada, minacatda qərq oldu.


(SizinYol)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031