Uca Allahın Rəhman və Rəhim sifətləri arasında olan fərq
Mьəllif: admin1
Tarix: 1-08-2018, 17:43
Uca Allahın Rəhman və Rəhim sifətləri arasında olan fərq
Təfsirçilərin nəzərinə görə, rəhman sifəti ilə rəhim sifəti bir-birindən fərqlənir.

Rəhman kəlməsi rəhmətin çoxluğuna işarə edərək, mübaliğə xarakteri daşıyır. Ancaq rəhim kəlməsi rəhmətin bəzilərinə aid olduğundan xəbər verir.

Həmçinin deyirlər ki, rəhman və rəhim kəlməsi Allahın rəhmətinin bu dünyada olan bütün insanlara sübutudur. Fərqi yoxdur ki, həmin insan kafirdir, yoxsa mömin.

Adətən rəhim kəlməsini xüsusi möminlərə şamil edirlər ki, o da axirətdə özünü göstərəcəkdir, bu dünyada deyil. Bu dünyada zahirdə bu iki sifət arasında fərq yoxdur.

Bir şərtlə ki, rəhman sifəti rəhmətin çoxluğuna işarə edir. Rəhim sifəti isə Allahın şərəfli zatından ayrılmaz bir hissədir ki, Onun zatının qəti və ayrılmaz sifətlərindəndir.

Hər iki kəlmə Allahın məxluqlarına qarşı nə qədər rəhimli olmasına işarə edir. Hədislərimiz buyurur ki, rəhman sifəti kainatda olan bütün məxluqlara şamil olar. Rəhim isə axirətdə möminlərə aid olan sifətdir.

Çünki kafir axirətdə öz günahlarının cəzasını çəkməlidir, əgər rəhim sifəti ona axirətdə şamil olarsa, ədalətdən uzaq olar.

Quran buyurur: «Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan». (“İbrahim” 36).

“Məgər Allahın yer üzündə olanları və həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm və istəyinizə tabe etməsini) və göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn və qəti istəyi olmadan (varlıq aləminin quruluşunu pozmaq istəməsi istisna olmaqla) yer üzünə düşməkdən saxladığını görmədin? Həqiqətən Allah insanlara qarşı şəfqətli və mehribandır”. (“Həcc” 65).

“Səhifeyi-Səccadiyyə” dualarının birində oxuyuruq: “Ey giriftarlıqları aradan qaldıran, ey qəm və qüssəni aradan aparan, ey dünya və axirətin Rəhmanı, ey onun Rəhimi! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər!”.

Əlbəttə, hamımız dünyada buna şahidik ki, Allahın rəhməti bütün insanlara şamil olur – istər həmin şəxs mömin olsun, istərsə də kafir. “Məcməul-bəyan” buyurur ki, rəhman bir rəhmət sifəti olduğu halda, rəhim yüz rəhmət sifətidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın yüz rəhməti vardır ki, onun ancaq birini yerə nazil etmiş və xəlqi arasında bölüşdürmüşdür. Həmin bir rəhmət sifətinə görə Xaliqin məxluqları bir-birinə mehribanlıq edər və bir-biri ilə rəhmətlə rəftar edərlər. Onun 99 hissəsini isə Özü üçün Qiyamət gününə qədər təxirə salmışdır ki, onunla bəndələrinə mərhəmət etsin”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031