İmam Rza (ə) bəzi hacətlərin həyata keçməsini Həzrət Məsumənin (s.ə) öhdəsinə qoyar...
Mьəllif: admin1
Tarix: 29-07-2018, 17:47
İmam Rza (ə) bəzi hacətlərin həyata keçməsini Həzrət Məsumənin (s.ə) öhdəsinə qoyar...
Ayətullah Mərəşşi Nəcəfinin oğlu nəql edir: “Atam Nəcəf şəhərində yaşayırdı və Həzrət Zəhranı (s.ə) görməyə müştaq idi. O, bunun üçün 40 gecə dua oxuyur və hacətini bildirir. 40-cı gecə onu yuxu aparır və yuxuda İmam Baqir (ə) ilə İmam Sadiqi (ə) görür.

Ona deyirlər: “Əleykə bikərimətil-Əhli-beyt!”.

Elə bildim ki, söhbət Xanım Zəhradan (s.ə) gedir. Ancaq İmam (ə) buyurur: “Məqsədim Həzrət Məsumənin (s.ə) Qumdakı qəbridir”.

Sabahısı günü atam Nəcəf şəhərindən Qum şəhərinə hicrət etdi. Həzrət Məsumənin (s.ə) qəbrini ziyarət etdi”.

Ayətullah Birucerdi.

O, İrana gələn zaman Ərəbistan kralı da İrana səfər etmişdi. Onun səfiri Birucerdi ağa üçün hədiyyələr gətirmişdi. Ondan xahiş etmişdi ki, Ərəbistan kralını öz xidmətinə qəbul etsin.

Ancaq ağa rədd etmişdi. Ətrafındakılar səbəbini soruşanda demişdi: “O, vəhabidir. Əgər Quma gəlirsə və Həzrət Məsuməni (s.ə) ziyarət etmirsə, bu, Həzrətə (s.ə) etdiyi təhqirdir”.

Əllamə Təbatəbai.

Alim Ramazan ayında günəş batana yaxın piyada halda hərəmə tərəf hərəkət edərdi və iftarını hərəmdə açardı.

Ayətullah Behcət.

Hərəm xadimlərindən biri nəql edir: “Ayətullah Behcət mənə demişdi: “Bir mövzu vardır ki, ancaq sənə deyə bilərəm. Bəzən İmam Rza (ə) bəzi hacətlərin həyata keçməsini Həzrət Məsumənin (s.ə) öhdəsinə qoyar”.

Həmin günlərdən birində bir şəxs mənə yaxınlaşıb dedi ki, İmam Rzanın (ə) hərəminə getmişdim və hacətimi dilə gətirmişdim. Mənə dedilər ki, Quma get və hacətini Həzrət Məsuməyə (s.ə) söylə. Mən də elə etdim və hacətim qəbul oldu”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031