Suyu başa çəkmək...
Mьəllif: admin1
Tarix: 20-07-2018, 21:55
Suyu başa çəkmək...
Suyu başa çəkmək...

Həzrət Peyğəmbər (s) buyurur: Suyu aram için, birdəfəyə başınıza çəkməyin. Bu ciyərlərə zərərdir.

Suyu üfürmək...

Peyğəmbər (s) bir şey içəndə onu üfürməzdi. Nəfəs almaq istəyəndə qabı ağzından uzaqlaşdırardı.

Ac qalmaq zərərdir?

Həzrət Peyğəmbər (s) buyurur: Allah yanında o insanın məqamı üstündür ki, hamıdan çox aclıq cəksin, hamıdan çox düşünsün. Çox yeyib içən adam Allahın nəzərində mənfurdur...

Həzrət (s) buyurdu ki, behişt qapısını ardıcıl döyün ki, qapı açılsın. Soruşduıar ki, necə? Həzrət (s) buyurdu ki, aclıq və susuzluqla! Həzrət (s) buyurur ki, oruc tutsanız sağlam olarsınız.

Aclığın dəyəri...

Əmirəlmöminin (ə) buyurur: Merac gecəsi Həzrət Peyğəmbər (s) Allaha müraciət etdi: Pərvərdigara! Məni sənə yaxınlaşdıran işlərə sövq et... Allah buyurdu: Gecəni gündüz, gündüzü gecə qərar ver. Həzrət (s) bunu necə etməli olduğunu soruşdu.

Allah buyurdu: Namazı, yuxunu və aclığı özünə ruzi et. Ey Əhməd! And olsun izzət və cəlalıma ki, kim dörd iş görsə onu behiştə apararam: Dilini saxlasa və yalnız özünə aid işlər barədə danışsa, qəlbində vəsvəsəyə yol verməsə, hər zaman onu gördüyümü yadda saxlasa, aclıq gözünün nuru olsa. Ey Əhməd! Ey kaş aclığın ləzzətini, sükutun dadını biləydilər, aclıqdan irs aparaydılar!

Peyğəmbər (s) soruşur ki, aclığın irsi nədir? Allah-Talla buyurur: Hikmət, qəlbi qorumaq, Allaha yaxınlıq, həmişə qəm, xalqa güvənməmək, haqqı demək, rifah ya çətinlikdə yaşamağa fərq qoymamaq. Ey Əhməd! Bilirsənmi bəndə mənə nə zaman yaxın olur? Ac ya səcdədə olanda!

Nə qədər az yesən...

Həzrət Peyğəmbər (s) buyurur: Kim yeməyindən azaltsa batini işıqlanar... Şeytanın əlindən qurtulmaq istəyən az ət və yağ yeməklə bədənini əritməlidir. Az yemək mələklərin hüzuruna, Allahın razılığını düşünməyə səbəb olur...

Başqa məqamda buyurur: Az yemək, az içmək, nəfs istəkləri ilə mübarizə aparmaq şeytanı uzaqlaşdırar, insanı mələklərin himayəsində qərar verər... Evdəkilər az yesələr evin nuru artar... Dərmanların şahı az yeməkdir.

Çox yesən...

Həzrət Peyğəmbər (s) buyurur: İnsanın doldurduğu qablar arasında ən pis qab qarındır. İnsan bir neçə tikə ilə düz dayana bilər. Əgər nəfs istəyinə qalib gəlib yeməyə, içməyə və nəfəs almağa üçdəbir yer saxlasa xeyir görər...

Həzrət (s) buyurur: Ümmətimin ən pisi o kəslərdir ki, rifah içində doğulublar, çeşidli xorəklər yeyiblər, çeşidli libaslar geyiblər, çeşidli miniklərə süvar olublar, həm də çox danışırlar...

Buyurur: Qorxaq ürək, doymayan qarın, dəli şəhvət, dinin düşməni olan pis dostlardır... Başqa bir məqamda buyurur: Çox yemək və çox içməklə qəlbinizi öldürməyin. Qəlb əkin yeri kimidir, çox suvarılsa məhv olar... Buyurur: Çox yemək qəlbi öldürər, ibadətdə süstlük yaradar, öyüd-nəsihət eşitməyə mane olar...

Kim çox yemək və çox içməyə adət etsə qəlbi daşlaşar. Həzrət (s) buyurur: Bir gün Cəbrail gözlənilmədən nazil oldu. Dedim ki, əvvəllər gəlmədiyin vaxt gəlmisən, məni qorxutdun.

Cəbrail dedi: Ey Məhəmməd (s)! Allah səni bağışlayıb, nə üçün qorxursan?! Allah səni nə üçün seçib? Allah sənə bütlərə pərəstişi, şərab içməyi, pis danışmağı, insanlarla didişməyi, qadağan edib. Allah buyurur ki, Mənim üçün qarınqululuqdan xoşagəlməyən sifət yoxdur...

Salman Farsini qonaq çağırdılar. Bir qədər yeyib dayandı və dedi: Bəs edər. Peyğəmbər (s) buyurub ki, dünyanın ən tox adamı axirətin ən ac adamıdır. Dünya möminə zindan, kafirə behiştdir.

Xəstəyə diqqət...

Bir gün Peyğəmbər (s) bir xəstəni yoxlamaqa getmişdi. Soruşdu ki, ürəyin nə istəyir? Xəstə dedi ki, buğda çörəyi istəyirəm. Peyğəmbər (s) buyurdu ki, kimdə buğda çörəyi varsa ona versin. Sonra tövsiyə etdi ki, xəstəniz bir şey istəyəndə ona verin.



Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031