"Əl-Əzhər" universitetindən vəhhabiləri narahat edəcək qəbirlərin ziyarəti fətvası
Mьəllif: admin1
Tarix: 20-07-2018, 16:23
"Əl-Əzhər" universitetindən vəhhabiləri narahat edəcək qəbirlərin ziyarəti fətvası
Misir əl-Əzhər universitetinin elmi təhqiqat mərkəzi qəbirlərin ziyarəti və qəbir üzərinə gül aparmaq barədə fətva yayımlayıb.

Mərkəzə ünvanlanan sualda deyilir:

Qəbirlərin ziyarətinin və məzar üzərinə gül qoymağın hökmü nədir?

Cavab:

Qəbir ziyarəti peyğəmbər (s) sünnəsidir!

Həzrət peyğəmbər (s) buyurub: “Qəbirləri ziyarət edin ki, axirəti yadınıza salsın.”

Həmçinin qəbir ziyarətinin qaydalarındandır ki, deyəsiniz: “Salam olsun möminlərin son mənzilinə. İnşaallah biz də sizə qovuşacayıq.”

Qəbirlərin üzərinə gül qoymaq peyğəmbərin (s) gördüyü işlərdəndir. Bunun dəlili də vardır. İbn Abbasdan nəql olunan xəbərdə deyilir ki, Peyğəmbər (s) bir divarın (məzarlıq) yanından keçərkən məzarda əzab çəkən iki gəncin səsini eşidir və buyurur:

“Onlar əzab çəkirlər. Onların əzabı elə də böyük günahlarına görə deyil. Onlardan biri ayaqyolunda özünü gizlətməzdi, digəri isə söz gəzdirən olub.”

Sonra peyğəmbər (s) ağac budağı istəyir və ona (s) verilən budağı ikiyə bölüb hər birini bir qəbrin baş tərəfinə torpağa taxır. Səhabə bunun səbəbini soruşduqda Peyğəmbər (s) buyurur: “Ümid vardır ki, bu budaqlar quruyana qədər onların əzabı bir az yüngül olar.”



(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031