Günəşin doğması
Mьəllif: admin1
Tarix: 17-07-2018, 10:43
Günəşin doğması
Həzrət Ayətullah Seyid Əli Xameneyi 1318-ci hicri şəmsi ilində, müqəddəs Məşhəd şəhərində ruhani ailəsində dünyaya göz
açmışdır.

Atası Ayətullah Ağa Hacı Seyid Cavad Məşhədin müctəhidlərindən və möhtərəm alimlərindən biri olub, uzun illər sübh çağlarında Gövhərşad məscidində, gündüzlər və axşamlar isə Məşhəd bazarındakı məsciddə camaat namazlarına rəhbərlik edir və dinin təbliği ilə məşğul olurdu.

Onun babası Ayətullah Seyid Hüseyn Xameneyi Nəcəfdə yaşayan azərbaycanlı alimlərdən idi. O, əvvəlcə Təbriz xiyabanı məhəlləsində yaşayırdı, sonra müqəddəs Nəcəf şəhərinə getdi və orada təhsil almağa başladı. O, çox pəhrizkar, elm və din adamı idi və ömrünü qənaətlə keçirirdi.

Şəhid ruhani Hacı Şeyx Məhəmməd Xiyabani onun bibisinin əri idi və o, Təbriz şəhərinin Xamənə qəsəbəsində dünyaya göz açmasına baxmayaraq, Təbrizin Xiyaban məhəlləsindəki Kərimxan məscidində cümə namazlarına rəhbərlik etdiyindən Xiyabani ləqəbi ilə tanınmışdı.

O, Məşrutə dövrünün ən məşhur ruhanilərindən və mübarizlərindən biri olub, Milli Şura məclisində Təbriz əhalisinin nümayəndəsi idi. Xiyabani ölkədəki mövcud özbaşınalığa qarşı qiyam edərək Təbrizdə şəhid oldu.

Bu möhtərəm şəxsin anası, Məşhədin məşhur alimlərindən olan Ağa Seyid Haşım Nəcəfabadi Mirdamadinin qızı idi. O, çox ismətli bir qadın olub, dini məsələlərə yaxından bələd idi və ilahi əxlaqa malik xanım kimi tanınmışdı.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930