Ayətullah Şahabadi: “İmam Zamanın (ə.f) zühuru – Allahın Quranda verdiyi vədəsidir”
Mьəllif: admin1
Tarix: 16-07-2018, 17:01
Ayətullah Şahabadi: “İmam Zamanın (ə.f) zühuru – Allahın Quranda verdiyi vədəsidir”
Məhdəviyyatla bağlı konfransda Ayətullah Şahabadi buyurmuşdur: “Qurani-Kərimin verdiyi ali təlimlər əsasında dərk edirik ki, bu dünyanın bütün çətinlikləri və müşkilləri bir gün sona çatacaqdır. Daha yaxşı şərait yaranacaqdır.

“Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi, yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55).

Allah Təala bu ayədə vədə vermişdir ki, zülm və müşküllər sona çatacaqdır və yer üzərində saleh insanlar hakim olacaqdır. Mühüm olan odur ki, Quranın bizlərə verdiyi bu vədələrə qarşı lazımlı diqqətə malik olaq. Onlara qəlbən inanaq. Qəlbin bu həqiqətə inanması çox mühümdür.

Əgər bu inancda olsaq, bu vədələr mütləq bir gün həyata keçəcəkdir. İnsan daha çox ümidlə gələcəyə doğru hərəkət edəcəkdir. İmam Zaman ağanın (ə.f) zühuru Allahın verdiyi vədələrdən biridir ki, həyata keçəcəkdir.

Əgər Allah yer üzərində həmişə salehlərin hakim olmasını istəsəydi, bu qədər zaman keçməsinə heç ehtiyac qalmazdı. Ancaq bu yolla haqqın qədrini bilmək olar. İnsan inanar ki, bir gün bu zülm sona çatacaq və haqq batilə qalib gələcəkdir. Gün gələcəkdir ki, haqq günəş kimi doğacaq və batil batacaq və yox olacaqdır.

Hədislərimizin buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hökuməti Həzrət Süleymanın (ə) və Həzrət Davudun (ə) hökumətinə bənzəyəcəkdir. Əgər İmam Zaman ağanın (ə.f) hökumətini dərk etmək istəyiriksə, gərək Quranda Həzrət Süleyman (ə) və Həzrət Davud (ə) haqqında deyilənlərə nəzər salaq.

Əgər Qurana söykənsək, zülmü aradan aparar və imanımızı kamil edərik.

Bu yolla da İmamın (ə.f) zühuru üçün zəminələri hazırlamış olarıq”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930