Cümə günü üçün tövsiyə olunmuş ən fəzilətli əməllər
Mьəllif: admin1
Tarix: 6-11-2020, 10:43
Cümə günü üçün tövsiyə olunmuş ən fəzilətli əməllər
Günlər, vaxtlar zaman və xilqət etibarı ilə Allah yanında eynidir. Lakin günləri və vaxtları dəyərli edən həmin vaxtlarda baş verən hadisələrin əhəmiyyətidir.

Necəki Quran bir Qədr gecəsini min aydan xeyirli bilib: “Qədr gecəsi (savab və bərəkət cəhətdən) min aydan daha xeyirlidir!” Qədr-3

Həftənin günləri arasında ən ən fəzilətli və bərəkət dolu gün cümə günüdür. Hətta Quranda ayrıca “Cümə” adiyla surə belə nazil olub. Bu gündə Rəbbin bəndələrə xüsusi inayəti vardır. Tarixdə cümə günündə mühüm hadisələr baş vermişdir, həmçinin sonuncu İmam (ə.f) cümə günündə zühur edəcəyi bildirilir.

Ümumiyyətlə cümə günü İslamda mühüm içtimai bir gündür. Bununla yanaşı xeyir əməllərin yüksək dərəcədə qəbul olunduğu, duaların müstəcəb olunduğu bir gündür. Hədislərdə qeyd olunur ki, cümənin içində razılıq saatı, duaların eşidiləcəyi bir an vardır. Bu səbəbdən cümə gününü üçün əbi xüsusi əməllər qeyd olunub.

İmam Baqir (ə) cümə gününün fəziləti və bu günün ən fəzilətli əməllərinə işarə edərək buyurur: “Cümə günündə əməllərin mükafatı bir neçə qat artırılar. Bu günün ən üstün əməlləri namaz, sədəqə (yaxşılıq, ehsan) və duadır.” (Mustədrəkul-vəsail 6/107).



(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031