Məscidin haram hökmləri
Mьəllif: admin1
Tarix: 13-07-2022, 09:45
Məscidin haram hökmləri
Məscidin yer, tavan, divar və banını nəcis etmək haramdır. Bunlardan hər biri nəcis olduqda dərhal onu paklamaq vacibdir.

Qəsb edilib sökülən və yerində başqa bina tikilən bir məscidi, habelə istifadəsiz və baxımsız qalması nəticəsində viran olmuş və məscid əsər-əlamətləri tamamilə məhv olan və yenidən təmir edilib düzəlməsinə ümid edilməyən məscidi (məsələn, o məntəqənin əhalisi öz məntəqəsini tərk edib başqa yerlərə köçdükləri üçün artıq o məscidi təmir edib yenidən məscid halına salınmasına ümid yoxdur) nəcis etmək haram deyil, baxmayaraq ki, (müstəhəb) ehtiyat budur ki, nəcis edilməsin.

Məscidi qızılla zinətləndirmək israf hesaba gələrsə ha-ramdır, əks təqdirdə məkruhdur.

Məscidin şən və məqamını riayət etmək vacibdir. Məscidin şən və məqamı ilə müxalif olan hər bir işdən uzaq olmaq lazımdır, buna əsasən:

1. Məscid idman və məşq yeri deyil;

2. Əgər musiqi yayımı məscidin ehtiramı ilə uyğun deyilsə, haramdır hərçənd halal musiqi olsa belə.

Kafirlərin müsəlman məscidlərinə girməsi haramdır, hərçənd tarixi əsərləri müşahidə etmək məqsədilə olsa belə, istər Məscidül-həram olsun, istər sair məscidlər və istər onların girməsi məscidə hörmətsizlik sayılsın, istər sayılmasın.

Məscidi bütövlükdə ya onun bir hissəsini sökmək, dağıtmaq caiz deyil. Amma əgər bu iş mühüm bir məsləhətlə əlaqədar ola və o məsləhətə əhəmiyyət verməmək mümkün olmaya, bu halda işkalsızdır.

Məscidi sökmək onu məscid hökmündən çıxarmır və məscidin bütün şəri hökmləri ona da aid olur. Amma (450-ci məsələdə deyildiyi kimi) əgər bir məscid sökülüb dağıla, (tam şəkildə) istifadədən xaric ola və onun yerində başqa bir bina salına və ya istifadəsiz qalma nəticəsində məsciddən əsər-əlamət qalmaya və onun yenidən bərpa olmasına da heç bir ümid olmaya, məscid hökmündə olmayacaqdır. Buna əsasən əgər məscidin bir hissəsi bələdiyyənin abadlıqetmə layihəsinə düşdüyünə görə naçarlıq halında (o hissə sökülərsə) və onun əvvəlki halına qaytarılmaq ehtimalı verilməzsə, məscid hökmündə olmayacaqdır.

Məscidin vəqfinin şərtlərilə müxalifət etmək yaxud onu dəyişmək caiz deyil.

Məscidin həyətindən və eyvanından təfəkkür yüksəlişi, mədəni inkişaflar və cavanların hərbi təlimləri üçün istifadə edilməsi, məscidin həyəti və eyvanının vəqfinin keyfiyyətinə (necə vəqf olunmasına) bağlıdır. Buna görə gərək bu barədə məscidin imam camaatı və məscid icmasının fikri və nəzəri soruşulsun. Əlbəttə ki, cavanların məscidlərə yığılması və imam camaatın və məscid icmasının nəzarəti ilə dini dərslərin keçirilməsi çox yaxşı bir işdir.

Məscidi film nümayiş etdirmək və yayımlamaq üçün nəzərdə tutulmuş bir məkana çevirmək caiz deyil, lakin ehtiyac olarsa məscidin imam camaatının nəzarəti ilə müəyyən münasibətlərdə öyrədici və faydalı (dini və) mənəvifilmlərin orada göstərilməsinin işkalı yoxdur.

Məsciddə olan imkanlardan, məsələn, hüzr və bu kimi məclislər keçirilərkən onun işıq sistemindən yaxud hava təmiz-ləyicisindən istifadə etmək kimi istifadənin caiz olması, vəqfin və nəzir edilən vəsaitlərin və imkanların hansı istifadələr üçün vəqf və nəzir edilməsinə bağlıdır.

Məscidin bəzi salonlarında vəs. muzey ya kitabxana aç-maq, əgər onun, zal, yaxud salonlarının vəqf keyfiyyətilə müxalif olarsa və ya məscidin binasının (formasının) dəyişilməsinə səbəb olarsa, caiz deyil. Daha yaxşıdır ki, bu işlər üçün məscidin kənarında münasib yer hazırlansın.

Məscidin suyundan içmək və çay dəmləmək kimi şəxsi istifadə etmək, o suyun namaz qılanlara dəstəmaz almaq üçün xüsusi vəqf edilməsi məlum deyilsə və məscidin məhəllə əhalisi arasında da, o sudan qonşuların və yoldan keçənlərin istifadəsi adi bir haldırsa, işkalı yoxdur, hərçənd bu barədə ehtiyat etmək yaxşıdır. Həmçinin əgər məscid qəbristanın yanında olduğuna görə qəbirlərin üstünə su tökmək üçün məscidin suyundan istifadə etmək, o yerin xalq arasında yayılmış və adi bir hal sayılırsa, heç bir şəxs buna etiraz bildirmirsə və o suyun təkcə dəstəmaz və paklamaq məqsədi ilə vəqf edilməsinə bir sübut yoxdursa, işkalsızdır.

Meyiti məsciddə dəfn etmək caiz deyil, meyitin hər hansı bir məsciddə dəfn edilməsi barədə etdiyi vəsiyyət etibarsızdır. Bu təkcə o zaman caizdir ki, (ya meyitin belə bir vəsiyyəti o zaman etibarlıdır ki) vəqf siğəsi oxunan zaman meyitin məsciddə dəfn edilməsi istisna olsun.

Məsciddə namaz qılanları narahat etmək caiz deyil, buna əsasən, məsciddə Quran, əhkam və islam əxlaqı vəs. təlimlər o zaman caizdir ki, namaz qılanların haqqına girmək sayılmasın, yəni onları əziyyətə salmasın.

Məscidin zirzəmisini üç şərtlə icarəyə vermək olar:

1. Məscid ünvanı daşımasın (yəni məscid hökmündə olmasın);
2. Məscidin ona ehtiyacı olmasın;
3. İntifa vəqfi olmasın.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031