Əldən gedən mal təcrübə verərsə, əldən getmiş hesab etmə
Mьəllif: admin1
Tarix: 12-07-2018, 10:14
Əldən gedən mal təcrübə verərsə, əldən getmiş hesab etmə
İmam Əli (ə) buyurur: “O mal ki, əlindən gedər və sənə öyüd verər, əldən getmiş hesab etmə”.

Hədisin şərhi.

İnsan o zaman ki, malını əldən verər, qəmgin olar və təəssüflənər. Çünki insan elə bilir ki, əldən verdiyi mal bir daha ona qayıtmayacaqdır. Həqiqət budur ki, insanın əlindən verdiyi mal əslində tamamilə məhv olmaz. Bəlkə əldən getməyi ilə sahibi üçün faydalar qoyub gedir. Bu fayda insanın təcrübəsidir. İnsan bu təcrübəni malını əldən verdikdən sonra əldə edər.

Düşünən insanların bir çoxu təcrübəni mal və sərvətdən daha dəyərli hesab edərlər. Çünki hər nə qədər olarsa, qalıcı olar. Mal bir gün qurtara bilir, ancaq təcrübə - bitməyən sərmayədir. İnsan ondan hər an istifadə edə bilər.

Ona görə də əgər insan malını əldən verərsə və bu zaman təcrübə əldə edərsə, bilməlidir ki, həmin malı heç də hədər getməmişdir. Bu malın yerində dəyərli bir təcrübə qalar.

İnsan gərək heç bir işini düşünmədən görməsin. İnsan malını o zaman əldən verər ki, diqqətsizlik edər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930