Qeysərin sualına Peyğəmbərimizin (s) sadə izahı
Mьəllif: admin1
Tarix: 10-07-2018, 23:09
Qeysərin sualına Peyğəmbərimizin (s) sadə izahı
Yəli ibni Əbi Əmr nəql edir: “Şam şəhərində səfər edən bir qoca kişini gördüm.

O, mənə dedi: “Mən Roma padşahı Qeysərin məktubunu çatdıranam.

O, Peyğəmbərə (s) bir məktub yazmışdı və mənə vermişdi. Mən də Həzrətə (s) çatdırmaq üçün Mədinə şəhərinə gəldim. Məktubu Peyğəmbərə (s) verdim.

Qeysər həmin məktubda yazmışdı: “Sən, ey Peyğəmbər (s)! Məni elə behiştə dəvət edirsən ki, səmadan və yerdən gizlidir. Əgər belədirsə, bəs cəhənnəm haradadır?”.

Həzrət Peyğəmbər (s) məktubun cavabında buyurdu: “Sübhənallah! Allah pak və ucadır. O zaman ki, gündüz gələr, bəs gecə hara gedər?””.

Beləliklə, əziz Peyğəmbərimiz (s) çox sadə bir yolla bədihi həqiqətləri bəyan etmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930