İslam dinində heyvanı kəsməyin qaydaları
Mьəllif: admin1
Tarix: 10-07-2022, 07:50
İslam dinində heyvanı kəsməyin qaydaları
İslam dininin nəzərinə görə hər bir heyvanın insan üzərində haqqı vardır. Misal üçün, ördəyin insan üzərində olan haqları ilə tanış olacağıq.

Əmirəl-möminin (ə) şəhid olmazdan əvvəl ördəkləri barəsində Ümmi-Gülsümə buyurur: “Ey qızım! Sənin boynunda olan haqqıma görə sənə and verirəm ki, bu ördəkləri azad et və həbs etmə. Çünki bu heyvanların dili yoxdur ki, acanda və susuzlayanda desin. Onları öz hallarına burax ki, otluq yerdə yeməklə məşğul olsunlar”.

Dinimizin nəzərinə görə hər bir heyvan ki, insan tərəfindən bəslənib böyüdülür, onun yeməyi, suyu, otu, qalan ehtiyacları sahibinin boynunda olan haqqıdır. Sahibi gərək bunları təmin etsin və heyvanlara qarşı mehriban olsun. Onları incitməsin və əziyyət verməsin. Onların qorunması və sakin olmaqları üçün məkan təmin etməlidir.

Dinimiz o heyvanların ki, ətini yemək olar, onlarla bağlı bir çox tövsiyələr vermişdir. Bunlardan bəziləri vacib, bəzləri müstəhəbdir:

Heyvanın başını kəsməyin qaydası belədir:

Onun dörd böyük damarını tamam kəsməlidirlər:

a) Nəfəs borusu;

b) Udlaq (yemək borusu);

c-d) Hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar.

Heyvanın başını kəsməyin şərtləri:

1. Heyvanın başını kəsən - istər kişi olsun, istərsə qadın - gərək müsəlman olsun;

2. Heyvanın başı iti bir şeylə, imkan daxilində iti dəmirlə kəsilməlidir;

3. Heyvanın başı kəsilən vaxtı, o, üzü qibləyə olmalıdır

4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin.

Heyvanı kəsməkdə müstəhəb olan şeylər:

1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbdir.

2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq.

3. Heyvanı, az əzab-əziyyət çəkəcək şəkildə kəssinlər; məsələn, bıçağı yaxşı itiləsinlər və başını tez kəssinlər.

Bəli, Allah insanlara dünyada çox sayda nemətlər əta etmişdir ki, onlardan biri də ətləri halal olan heyvanlardır. Bu heyvanların bəslənməsində və böyüdülməsində insan həssas olmalıdır. Çünki onlar da Allahın yer üzərində olan məxluqlarıdır və onlar da Allahı təsbih və zikr edirlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930