Kəbənin “Qara daşı” və onun müqəddəsliyi
Mьəllif: admin1
Tarix: 23-01-2021, 10:43
Kəbənin “Qara daşı” və onun müqəddəsliyi
Kəbə evində olan və “Qara daş” adı ilə məşhur olan, sözügedən bu daşın İslam mədəniyyətində xüsusi yeri vardır.

Bu daş nəinki İslamda, hətta İslamdan öncə də bütpərəstlik və cismlərə pərəstiş dövründə belə insanlar üçün müqəddəs və qiymətli hesab olunub. Lakin tarixdə bu daşa pərəstiş edilməsi barədə heç bir məlumət yoxdur. Müxtəlif əşyalara pərəstiş edən insan bu daşa pərəstiş etməyib, lakin hər kəs bu daşı müqəddəs bilib.

Hazırda bu daş Kəbənin cənub-qərb küncündə, Rüknü-həcərdə yerləşir. Rəvayətlərə əsasən bu daş əvvəllər ağ rəngdə olub. Sonralar rəngini dəyişib. Hazırda daşın rəngi qırmızıya çalan qara rəngdədir.

Bu dəyişilmə müxtəlif fəlakətlər, yanğınlar və ya insanların günahları səbəbində əlaqələndirilir. Bu yanğından ikisi tarixdə məlumdur. Bunların biri cahiliyyət dövrünə, digəri isə Yezid ibn Müaviyyənin hakimiyyəti vaxtına təsadüf edir. Beləki Yezidin əmri ilə xilafət ordusu Məkkəyə hücum edir və Kəbə evinə od vurub yandırır.

Həmçinin Qara daşın bir neçə dəfə oğurlandığı da deyilir ki, buna 930-cu ildə Bəhreyndə məskunlaşmış Kərmətilər tərəfindən oğurlamasını misal çəkmək olar. Laki Qara daş yenidən 951-ci ildə Məkkəyə qaytarılmışdır.

Bütün bunlarla yanaşı Qara daş bir necə dəfə sel və falakətlərlə üzləşib. Bu səbəbdən daşı gümüş təbəqə ilə mühafizə edirlər. Yalnız kiçik bir qismi gözlə görükür.

Qara daş İslamdan öncəki insanlar tərəfindən də, müsəlmanlar tərəfindən də müqəddəs bilinir. Hətta peyğəmbər (s) və imam Əlidən (ə) nəql olunan hədislər də bunu təsdiq edir.

Həmçinin İslam fəqihləri təvaf Hacc ziyarət zamanı daşa əl sütməyi müstəhəb bilmişlər. Peyğəmbərdən nəq olunan hədisdə deyilir ki, Qara daş Allahın yer üzərində olan “əli” (qudrət əli) misalındadır. Bu hədisin izahında deyilir ki, hər kim bu daşa əlini çəksə sanki Allahla bir daha əhd bağlamış olur.

Həmçinin nəql olunur ki, ikinci xəlifə Qara daşın yanından keçərkən dönub daşa baxır və deyir: “Ey daş biz bilirik ki, sən bir daşsan. Bizə nə bir xeyrin var, nə də bir zərərin. Biz səni yalnız ona görə sevirik ki. Peyğəmbər (s) səni əziz tutub.”

Bunu eşidən imam Əli (ə) xəlifəyə xitabla deyir:

“Ey Xəttabın oğlu, Allaha and olsun ki, qiyamət günündə bu daş dilə gəlib, öz əhdinə vəfa edəcək. Bu daş Allahın “əli” misalındadır. İnsanlar bu əl ilə Allaha beyət edər, əhd bağlayarlar.” (vəsailiuş-şiə .cild12)

İmam Sadiq (ə) buyurub ki, Qara daş Allah evinin açıq aydın nişanələrindəndir. (Əyyaş təfsiri. Cild-1)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930