İmam Əli (ə) oğrularla necə rəftar etdi?
Mьəllif: admin1
Tarix: 5-07-2022, 17:40
İmam Əli (ə) oğrularla necə rəftar etdi?
Qurani-Kərim oğurluğun cəzası barəsində buyurur: “(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir”. (“Maidə” 38).

Hərəs ibni Hərisə nəql edir: “Bir gün Həbəşidən olan bir kişini əlini yuyan halda gördüm. Onun dörd barmağı kəsilmişdi. Təəccüblə soruşdum: “Hansı hadisə nəticəsində barmaqların kəsilmişdir?”.

O, dedi: “Ən üstün insan olan Əli ibni Əbutalib (ə) mənim barmaqlarımı kəsmişdir”.

Dedim: “Nə üçün?”.

Dedi: “Biz 8 nəfərdən ibarət bir qrup idik və İmam Əli (ə) xəlifə olan zaman oğurluq edirdik. Nəhayət bir gün bizi bu işdə yaxaladılar.

İmamın (ə) hüzuruna apardılar və Həzrət (ə) buyurdu: “Siz oğurluq etmisiniz?”.

Biz də etiraf etdik. Bu zaman İmam (ə) buyurdu: “Bilmirsiniz ki, oğurluq haramdır?”.

Cavab verdik: “Bilirdik”.

Bu söhbətdən sonra İmam (ə) əmr verdi ki, hər birimizin dörd barmağını kəssinlər.

Biz səkkiz nəfərin sağ əlinin dörd barmağını kəsdilər və bizi bir evdə həbs etdilər. Bizə çoxlu ləzzətli yeməklər, bal və yağ verdilər, o zamana qədər ki, yaralarımız sağaldı. Sonra bizi yenə Həzrətin (ə) hüzuruna apardılar.

İmam (ə) bizə gözəl libaslar və xalatlar verdi və buyurdu: “Əgər tövbə etsəniz, saleh insan olarsınız. Allah da sizi behiştə aparar. Əks halda bu kəsilmiş barmaqlar ilə cəhənnəmə gedəcəksiniz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031