Ustad Qiraəti: “Elm gərək insanı böyütsün, onun beynini deyil”
Mьəllif: admin1
Tarix: 3-07-2018, 14:43
Ustad Qiraəti: “Elm gərək insanı böyütsün, onun beynini deyil”
Ustad Möhsün Qiraəti əxlaq dərslərinin birində buyurmuşdur: “İnsan – məxluqların ən şərəflisidir. İt isə ən alçaq və nəcis heyvandır. Ancaq təlim hər ikisinə də təsir edir.

İnsanlar elm mövzusunda ya elmi kəşf edən, ya elmi təqdim edən, ya da elmi alandırlar. Ən üstün insanlar – elm dalınca olan tələbələrdir, onlar elmi istifadə edənlərdirlər.

Bizim 3 cür elmimiz vardır: faydalı, ziyanlı, nə faydalı və nə də ziyanlı. O zaman ki, insan elm öyrənər – ağıl və düşüncələri inkişaf edər. Ancaq bəzi elmlər insanı inkişaf etdirməz. Bu, o kəslərə aiddir ki, diplomları vardır, ancaq elmləri yoxdur.

Ayətullah Birucerdi buyurardı: “Elmin dəyəri o zaman olar ki, deyilər və insanlara çatdırılar. Ona görə də cavanlar! Diplom üçün dərs oxumayın. Elm cavanlara o zaman təsir edər ki, onu öyrənər və təlim görərlər”.

Elm nur olmalıdır və hər zülməti aydınlatmalıdır. Elm gərək insanı böyütsün, onun beynini deyil.

İnsanın Allaha qovuşması insanı böyüdər. Bu gün bizim internetdə oxuduqlarımız – əslində elm deyildir. Yersiz işlərdən başqası deyildir. Bu gün əhəmiyyətsiz sözləri istilahlarla birləşdirib, hövzə elmi adı ilə cəmiyyətə təqdim edirlər.

Gərək həm hövzənin və həm də instutların tələbələri internet elmlərinin gətirdiyi təhlükələri cavanlara çatdırsınlar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031