Niyə Siffeyndə düşmən təqib edildi, amma Cəməldə yox?
Mьəllif: admin1
Tarix: 29-06-2018, 15:40
Niyə Siffeyndə düşmən təqib edildi, amma Cəməldə yox?
Ali dini Rəhbər Qurani-Kərimin bu ayəsinə: “Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur”. (“Tövbə” 12)

İşarə edərək, buyurur: “Bu düşmənlərin qarşısında dayanmaq lazımdır. Sərhədləri möhkəmləndirmək lazımdır. Əmin olmaq lazımdır ki, Allahın izni ilə düşmənə qalib gəlinəcəkdir”.

İmam Əlidən (ə) soruşurlar: “Niyə Siffeyn döyüşündən qaçanları təqib etdiniz, ancaq Cəməl döyüşündən qaçanlarla işiniz olmadı?”.

Həzrət Əli (ə) buyurur: “Siffeyn döyüşündə küfrün rəhbəri sağ idi. Qaçanlar onun ətrafında toplaşdılar və yenidən hücum etdilər. Ancaq Cəməl döyüşündə rəhbərlərini öldürülməsi ilə yenidən toplaşmaq üçün imkanları yaranmadı”.

İmam Sadiq (ə) buyurur: “Hər kim sizin dininizə tənə vurar, mütləq kafir olar”. Sonra yuxarıdakı ayəni tilavət etdi.

Bəs bu ayə nə demək istəyir?

Dində mürtəd olmaq – əhdi pozmağın nümunələrindən biridir. Hər kim dinə tənə vurar və onu məsxərə edər – cəzası var.

Beləliklə deyə bilərik ki, Həzrət Peyğəmbərin (s) zamanında olduğu kimi, bizim zamanımızda da dinə tənə vuranların və məsxərə edənlərin sayı heç də azalmamışdır.

Əslində bu insanlar kafirdirlər – yəni haqqı gizlədəndirlər və yaxşı bilirlər ki, İslam dini haqq dindir və hər kim onun ardınca gedər, səadətə çatar.

Bu da onların hədəfinə zidd olduğu üçün gizli və aşkar şəkildə fitnədən istifadə edir və dinə ziyan vururlar. Hər bir müsəlmanın vəzifəsi isə bu cür insanları ifşa etməkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930