Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi?
Mьəllif: admin1
Tarix: 24-06-2018, 10:32
Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi?
Qısqanmaq duyğusunun ölçüsü və yeri barədə söz söyləmək, onun hüdudlarını bəlli etmək çətindir.

Bu, hər kəsin emosional-psixoloji durumuna, temperamentinə və zövqünə bağlı olan məsələdir. Bəzi şəxslər sevdikləri insan tərəindən qısqanmağı xoşlayır, bunu sevgi və diqqət əlaməti sayır, qısqanclıq olmasa, qarşı tərəfin ona laqeyd qaldığını düşünüb narahat olurlar.

Ümumi şəkildə bunu deyə bilərik ki, öz həddini aşmayan qısqanclıq günah sayılmır. Xüsusilə, kişinin öz həyat yoldaşına diqqət göstərməsi və onun barəsində narahat olduğunu bildirməsi normaldır.

Əlbəttə, qısqanclıq ailə münasibətlətinə xələl gətirən həddə çatdırılmamalı, yersiz şübhələrə səbəb olmamalıdır. Ümumiyyətlə, ailə üzvləri qarşı tərəfdə qıqanclıq yaratmaqla onun sevgisini yoxlamaq və ölçmək cəhdindən əl çəkməlidirlər; bu, faydasız və hətta təhlükəli addımdır. Bu cür ifrat səviyyəli qısqanclıq İslam əxlaqında və ailə ilə bağlı şəriət hökmlərində də bəyənilmir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930