Heyvanların haqları barədə dinimizin tövsiyələri
Mьəllif: admin1
Tarix: 24-06-2018, 10:21
Heyvanların haqları barədə dinimizin tövsiyələri
Həzrət Peyğəmbər (s) heyvanların haqları ilə bağlı buyurur: “Allah mehribanlıq etməyi sevir və onu yerinə yetirməyə yardım edir. Nə zaman arıq dördayaqlıya minirsiniz, onları tövləyə qədər aparın. Əgər torpaq quru və otsuzdursa, oradan tez keçin. Əgər yaşıl və otludursa, onlara orada istirahət verin”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: “Sağlam dördayaqlılara minin. Onları sağlam saxlayın. Onları küçələrdə söhbətləriniz üçün kürsü qərar verməyin. Çünki çox sayda miniklər (dördayaqlılar) vardır ki, ona minəndən daha yaxşıdır və Allah Təalanı ondan daha çox yada salır”.

Həzrət (s) buyurur: “Əgər heyvanlara etdiyiniz zülmlər bağışlansaydı, sizin çox sayda günahlarınız bağışlanardı”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın sənin ixtiyarına qoyduğu bu dilsizə görə Allahdan qorxmursan? O, ona etdiyin əziyyətdən mənə şikayət etdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031