Təqva nədir? İnsanın ayılması necə olur?
Mьəllif: admin1
Tarix: 23-06-2018, 14:01
Təqva nədir? İnsanın ayılması necə olur?
Hər bir valideynin vəzifəsidir ki, övladına düzgün tərbiyə versin. Bu tərbiyənin ilk sırasında əqaid durmalıdır, sonra əxlaq. Çünki əqaid olmazsa, əxlaqın təkbaşına faydası olmaz.

Cavanlarınızla dostcasına söhbət edin, əmr tonu ilə deyil. Çünki əks təsir göstərəcəkdir.

Əgər Əmirəl-möminin (ə) övladına yazdığı vəsiyyətə nəzər salsaq, görəririk ki, ilk növbədə təqvaya dəvət edir. Cavanın qəlbi və ruhu hər bir göstərişi qəbul etməyə hazır olar.

Əgər bir ata da Əmirəl-möminin (ə) kimi öz həyat təcrübəsini oğluna təlim verərsə, oğlu daha çox halal və harama riayət edənlərdən olacaqdır.

Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) buyurur ki, özünü başqalarına qazi olmaq üçün tərəzi qərar versin. O şeyi ki, özü üçün bəyənir – başqaları üçün də bəyənsin. O şeyi ki, özünə qıymır – başqalarına da qıymasın.

İmam Əli (ə) ölümü yada salmağı ayılmağın bir vasitəsi hesab edir.

Həyatın tez keçici olduğunu yada salır və uzun arzulardan çəkindirir. İnsanların haqqına riayət etməyi və din qardaşlarını sevməyi vəsiyyət edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, İmamın (ə) ilk tövsiyəsi təqva olmuşdur.

Bəs təqva nədir?

Təqva – elə bir qüvvədir ki, insanı günahdan və riyadan uzaqlaşdırır və insanda bu xislətlərə qarşı nifrət yaradır.

Təqvanı bəzən Allah qorxusu kimi mənalandırırlar. Ancaq təqvanın əsil mənası Allah ədalətindən çəkinməkdir. Çünki Rəhim Allahımız qorxulu varlıq deyildir. Əksinə, bəndələrinə qarşı həmişə şəfqətli və mehribandır.

Bu, övladın valideynindən qorxmasına bənzəyir. Övlad bilir ki, valideyni qorxulu deyildir, ədalətinə əməl etməmək və göstərişlərini yerinə yetirməmək qorxuludur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031