İslam fiqhində məskunlaşma və vətən seçməklə bağlı qaydalar necədir?
Mьəllif: admin1
Tarix: 21-06-2018, 18:50
İslam fiqhində məskunlaşma və vətən seçməklə bağlı qaydalar necədir?
İslamın bütün məsələləri nizamlı və düzənli şəkildə olduğu kimi şəriət məsələləri də müəyyən nizam və istinad çərçivəsindədir.

Dinin fiqhi hökümləri Kitaba və peyğəmbər (s) sünnəsinə istinad olunmalıdır. Bu məsələlərdə heç bir kəsin öz ağlına istinad etməyə haqqı yoxdur. Əks təqdirdə şəriət sahibi peyğəmbərin göndərilməsinə ehtiyac olmazdı.

İslam şəriətində namaz və oruc kimi bəzi ibadətlərin şərtləri və göstərişləri vardır ki, insanın yaşadığı vətənində (daimi məskən olduğu yerdə) tam, müsafir olduğu yerlərdə isə namaz qəsr (yarım), oruc isə yeyilməlidir.

1)-Elə isə fiqhi termin olan “şəri vətən” (daimi məskən olduğu yer) anlayışı nədir və təyin olunma meyarı necədir?

Cavab:

İnsanın vətəni (yaşadığı yer) iki qismdir: Əsli və əxzi.

-Əsli odur ki, insan orada doğula, bir müddət orda yaşaya və orada böyüyüb boya-başa çata.

-Əxzi isə sonradan seçilə (məsələn yaşadığı şəhəri dəyişə). Gərək şəxsin orda yaşaması 7 və ya 8 ildən az olmasın.

2)-Elə isə “əxzi” (sonradan seçiln) yerin (vətənin) meyarı nədir?

Cavab:

Yaşadığı yerin insan üçün şəri vətən seçilməsi üçün gərək insan ya daimi qalmaq qəsdi edə, yaxud nə qədər burda yaşayacağını bilmirsə orada qalmaq niyyəti etməlidir. Əgər vaxt təyin edəki 10 il, yaxud 15 il burada yaşayacaq bu halda oranın onun üçün şəri vətən olması məlum deyil. Gərək uzun müddət qalmaq qəsdi (niyyəti) etsin. Məsələn 40-50 il qalmağı qəsd etsin.

Bir yeri şəri vətən seçmək üçün insanın gərək qəti fikri ola. Əgər bir kəs nə qədər qala bilməyəcəyi bir yerdə yaşaya və camaat onu orada yaşayan hesab edərsə (ən azı 7 il) ora onun vətəni hesab edilir.

(hadana.ir) Ayətullah Xameneinin fətvaları əsasında.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930