İmam Əlinin (ə) kəlamları ilə Müaviyyənin (lən) tanıdılması
Mьəllif: admin1
Tarix: 21-06-2018, 12:35
İmam Əlinin (ə) kəlamları ilə Müaviyyənin (lən) tanıdılması
O zaman ki, Əmirəl-möminin (ə) xilafət başına gəlir, hamı riya pərdəsini aradan qaldırıb özünün həqiqi simasını nümayiş etdirir. Nakisinlər Cəməl döyüşü edirlər, qasitinlər Siffeyn döyüşünü, mariqinlər isə Nəhrivan döyüşünü həyata keçirirlər.

Bu yolla İmama (ə) olan nifrət və kinlərini aşkar edirlər.

Bu döyüşlərin hər birində Müaviyyədən (lən) yardım alırlar. Ona görə də İmam Əli (ə) özünə vəzifə bilir ki, məktublaşmaq yolu ilə onu əmr-be-məruf və nəhy-əz-munkər etsin. Bu məktublarda İmam (ə) açıq şəkildə Müaviyyənin bəzi rəzil sifətlərinə işarə etmişdir ki, onlarla tanış olaq:

1. Fürsət ardınca olan. İmam (ə) yazdığı məktubların birində Müaviyyəyə buyurur: “Necə ki, deyirsən biz və siz İslamdan əvvəl dost idik. Ancaq o şey ki, bizi dünən bir-birimizdən ayırdı, o şeydir ki, biz iman gətirdik, siz küfr etdiniz. Bu gün də biz mətanətli dayanmışıq, siz fitnə edirsiniz. Siz, qövmün heç bir müsəlmanını İslama ikrahdan başqasına gətirməmisiniz. Bu, o halda baş verir ki, ərəblərin böyükləri Peyğəmbər (s) qarşısında təslim olmuşdular və onun ordusuna qoşulmuşdular”.

2. Təkəbbürlü. İmam Əli (ə) Müaviyyəni təkəbbürdən uzaqlaşdırmaq istəyir və lənətlik şeytanı ona misal çəkir. Həzrət (ə) buyurur: “Allah ona Adəm (ə) qarşısında səcdə etməyi əmr etdi, ancaq o, imtina etdi. Təkəbbür etdi və kafirlərdən oldu”.

3. Dini dəyişdirmək, bidət etmək səyləri. Müaviyyə (lən) öz mənfəətini güddüyü üçün Quran ayələrini istədiyi kimi təfsir etdirirdi. İmam Əli (ə) bununla bağlı ona dəfələrlə xəbərdarlıqlar etmişdi, ancaq təsiri yox idi. İmam (ə) məktubların birində buyurur: “Çox sayda insanı aldatdın və yolundan azdırdın. Öz nifaq dalğalarına buraxdın. Yolunu azmağın zülməti onları əhatə etmişdir. Şübhə təlatümünə düşüblər. Doğru yoldan uzaq düşüblər”.

4. Müqəddəs şeylərdən özü üçün vasitə kimi istifadə etmək. Müaviyyənin (lən) müqəddəs Quranı nizə başlarına taxması əhvalatını hamımız yaxşı bilirik. Onun üçün heç bir şey müqəddəs olmamışdır. Öz rəzil hədəfinə çatmaq üçün insanların nadanlığından istifadə edir və Quranı vasitə kimi istifadə edirdi. İmam Əli (ə) bununla bağlı ona yazır: “Sən məni Quranın hökmünə dəvət etdin. Halbuki, özün heç Quran əhli deyilsən. Onun hökmlərini istəmirsən”.

Allah Təala bizləri Həzrət Əlinin (ə) ardıcıllarından qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930