Qəbir fişarına aid sual
Mьəllif: admin1
Tarix: 20-06-2018, 22:52
Qəbir fişarına aid sual
"Qəbir fişarı və əzabı necə olacaq?". Son günlərdə nisbətən yaşlı bir insandan 3 dəfə bu sualı eşitdim.

İlk əvvəl düşündüm ki, nəzəri baxımdan sadə bir sualdır. Məlumatlandırdım.

Yenidən bu gün 2 dəfə eyni sualı verdi. Anladım ki, qəbir əzabı mövzusu onu narahat edir.

Bir az ətraflı məlumat verdim. Əziz Peyğəmbərimizdən (s) bir buyuruşu diqqətinə çatdırdım ki, "Möminin qəbir əzabı – İlahi nemətləri zay etməsinin kəffarəsidir".

Bunlardan sonra dedim ki, qəbrimizin necə olacağı indi formalaşır. Bu həyatda. İndi yaşadığımız həyatda. Əzablı olacaq, ya işıqlı olacaq – buradakı əməllərimiz müəyyən edir.

Bəli. Ölumü xatırlama bu həyatı məsuliyyətli yaşamaq üçün lazımdır.

Allahdan hər birimizə belə ölümün xatırlanmasını diləyirəm.

Hacı İlqar İbrahimoğlu
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031