İnsan Allaha olan sevgisini necə gücləndirə bilər?
Mьəllif: admin1
Tarix: 20-06-2018, 12:02
İnsan Allaha olan sevgisini necə gücləndirə bilər?
Allaha olan eşq – Allahı tanımağın və Ona olan elmin meyvəsidir. İnsan hər nə qədər Mehriban Allahı daha çox tanıyar – eşq və sevgisi güclənər.

Necə ki, ata və ana öz övladlarını sevirlər, övladları da onları sevirlər. Çünki görürlər ki, ata və anaları onların xeyri və mənfəəti üçün əllərindən gələni edir və zəhmət çəkirlər.

Əgər Əziz Allah haqqında bu cür düşünsək və nəzərə alsaq ki, Allah Təala ata və anamızdan bizə qarşı qat-qat daha çox mehriban və şəfqətlidir və bizim xeyirimizi istəyir, o zaman bu sevgini gücləndirmiş olarıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah, ata və analarınızdan (sizə qarşı) 70 dəfə daha çox mehribandır”.

Əgər yaşadığımız mühitə nəzər salsaq, görərik ki, Allah bizim rahatlığımız üçün hər şeyi hazır etmişdir. Qaldığımız məkandan tutmuş, yediyimiz yeməyə, geydiyimiz libasa və hətta bizə sevgi verən insanlara qədər hər şeyi düşünmüş və hazır etmişdir.

Əgər Uca Allahı yaxından tanımağa cəhd etsək, göstərişlərini yerinə yetirsək, tövsiyələrinə qulaq versək, günahdan çəkinsək – İlahi eşq özü bizim qəlbimizə daxil olacaq və nur saçacaqdır.

Nə zaman Allahı yada salsanız, Onu nə qədər sevdiyinizi anlayacaqsınız. Hətta bəzən bu eşqdən göz yaşları meydana gələcək və simanızdan aşağı axacaqdır.

Qurana yaxın olmağa çalışın. Vacib namazları əvvəl vaxtda qılın. İmam Hüseynin (ə) əza məclislərində iştirak edin. Bütün bu əməllər Allaha olan eşqinizi gücləndirəcəkdir.

İmam Cavad (ə) buyurur: “Ən fəzilətli və dəyərli ibadət odur ki, xalis və riyasız olsun”. İxlas – Allaha yaxın olmağın ən təsirli yollarındandır.

Allahdan bizə onu daha çox sevmək tofiqini verməsini istəyək. “(Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir”. (“Hucurat” 8).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930