Həzrəti Rəsuləllahdan(s) axirətzaman möminlərinin halı ilə bağlı həyati tövsiyyə
Mьəllif: admin1
Tarix: 19-06-2018, 21:43
Həzrəti Rəsuləllahdan(s) axirətzaman möminlərinin halı ilə bağlı həyati tövsiyyə
Həm əziz İslam peyğəmbəri (s), həm də imamlar (ə) Allahın onlara bəxş etdiyi ilahi elm sayəsində bir çox gələcək hadisələrlə bağlı bəzi işarələr vermişlər. Xüsusəndə axir zaman deyilən, peyğəmbərdən (s) sonrakı zamanın fitnələri barədə bəzi ürək açmayan xəbərlər vermişlər.

Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir.

Möminlərin bu deyilən zamanda mənəvi əziyyət çəkməsi, baş verən fəsadlar qarşısında ürək yanğısı ilə susması daha daha çox kədərvericidir. İman əhlinin axir-zamandakı halına işarə edən hədislərdən biri də Peyğəmbərin (s) İmam Əliyə (ə) dediyi kəlamdir.

Peyğəmbər (s) buyurub: “Təzliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).”

İmam Əli (ə) soruşdu: “Ya Rəsuləllah (s) o zaman onların arasında mömin olacaq?”

Peyğəmbər (s) buyurdu: “Bəli!”

İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?”

Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!” (Əmali Şeyx Tusi-302)

Quran ifadələrinə əsasən möminlər öz dinində və imanında möhkəm olamalıdırlar ki, hadisələr onlara təsir etməsin. Əksinə onlar hadisələrə təsir edə bilib, müsbət istiaqmətdə dəyişə bilsinlər.

Çünki Quran buyurur: “Onlar (möminlər) sanki sarsılmaz möhkəm divar kimidirlər”. (Saff-4)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031