Vicdanın insanlıq ilə nə kimi rabitəsi var?
Mьəllif: admin1
Tarix: 17-05-2023, 10:16
Vicdanın insanlıq ilə nə kimi rabitəsi var?

O zamana qədər ki, insanlığa ehtiyac olar – vicdana da ehtiyac olar. Bu vicdan elə bir İlahi nemətdir ki, tarix boyu çox sayda insanı haqq yolunda saxlamış və bu dünyadan pak halda göndərmişdir.

Əgər cəmiyyətə nəzər salsaq, vicdanlı və vicdansız insanlar arasında olan fərqi aydın şəkildə görə bilərik.

Bütün insanların zahiri və batini oxşar şəkildə xəlq edilmişdir. Hər biri “insan” adını daşıyır. Bu insan haqqında milyardlarla şeir qoşulmuş və nəğmələr oxunmuşdur. Hər bir insana iki göz, iki qulaq, bir ağız və başqa üzvlər eyni şəkildə verilmişdir.

Ancaq çox təəssüf ki, İbni Mülcəmlə (lən) İmam Əlinin (ə) də bədən üzvləri oxşar, Əbu Cəhl ilə Peyğəmbərin (s) də bədən üzvləri zahirdə oxşardır.

Ancaq bu insanların batinləri vicdana malik olmaq və olmamaqla bir-birindən kəskin şəkildə fərqlənir.

Cinayətkarlar da vicdana olan münasibətlərinə görə fərqlənirlər. Bir dəstə insan var ki, qatil olmalarına baxmayaraq, qətl etdiyi insanı unuda bilmir və ömrünün sonuna qədər onun əzabını daxilində çəkir. Çünki o, dərk edir ki, insanlıq yolunda böyük cinayət etmişdir.

Özü kimi birisini yersiz yerə öldürmüşdür. Onun da canı və ruhu vardı, onun da özünə bənzər bədəni vardı. O, dərk edir ki, insanların var olması haqqı onun əlində deyildir və cinayət törətmiş, insan qətl etmişdir.

Onu həyatdan məhrum etmişdir. Bu insanın vicdanı vardır ki, onu bu qədər əzab çəkməyə vadar edir. Deməli, hələ də insanlığından az da olsa saxlaya bilmişdir.

Ancaq elə insanlar da vardır ki, arzu edirlər ki, kaş bütün insanları bir anda öldürmək mümkün olardı. O zaman daha rahat nəfəs ala bilərdim. Bu insanın vicdanı ölmüşdür və heç bir zaman da dirilməyəcəkdir. Deməli, bu şəxsə insan demək olmaz.

Çünki vicdan elə bir şeydir ki, insanın şəxsiyyətinə təsir qoyur, onu insan kimi yetişdirməyə çalışır. Qəbahətli və nöqsanlı cəhətlərini çəkinmədən ona deyir və onu danlayır. Onu məzəmmət edir, ta o zamana qədər ki, bu əməlinə görə tövbə edər və peşman olar.

Ona görə də vicdanın insanlıq ilə sıx rabitəsi vardır və onlar gərək bir-birindən ayrılmasınlar. Əks halda İbni Mülcəmlərin sayı artacaq, Meysəmlərin və Əmmarların sayı isə azalacaqdır.



/Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930