Qəza və qədər nədir? – Məsumların (ə) mübarək buyuruşları
Mьəllif: admin1
Tarix: 8-05-2021, 11:20
Qəza və qədər nədir? – Məsumların (ə) mübarək buyuruşları
İmam Əli (ə) buyurur: “Qədər – qaranlıq bir yoldur ki, onu başa vura bilməzsiniz. Dərin bir dənizdir ki, ora daxil olmayın. Allahın sirridir ki, onun üçün özünüzü əziyyətə salmayın”.

İmam Səccad (ə) buyurur: “İlahi qəzaya razı olmaq və səbir etmək – Allaha itaətin əsasıdır. Hər kim İlahi qəza qarşısında səbir və rizaya malik olar – onun üçün xeyirdən başqası olmayacaqdır”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən qəza və qədər – Allahın iki məxluqudur”.

İmam Rza (ə) buyurur: “Qədərin mənası – bir şeyi uzununa və eninə ölçməkdir. Qəzanın mənası – hökm veriləndən sonra, (həmin) hökmü təsdiq etməkdir”.

İmam Əli (ə) buyurur: “Hadisələr İlahi qəza əsasında baş verir, nəinki insanların istəyi əsasında”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın bütün qəzalarında mömin üçün xeyir vardır”.

İmam Kazım (ə) buyurur: “Mömin davamlı olaraq xeyirə məruz qalar. Əgər İlahi qəza nəticəsində bağı sınarsa – xeyirdir. Əgər aləmin şərq və qərbinin hökuməti ona əta edilərsə - yenə də xeyirdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Hər kim mənim qəzama razı olmaz və mənim təqdirimə imanı olmaz, gedib Məndən başqa ilahdan istəsin”.
İmam Əli (ə) buyurur: “Qiyamət günü ən çox cəzalandırılan insan o kəsdir ki, İlahi qəzadan narazı olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930