Başqa dinlərdə də Qədr gecəsi vardırmı?
Mьəllif: admin1
Tarix: 22-04-2022, 14:18
Başqa dinlərdə də Qədr gecəsi vardırmı?
Allah Təala “Duxan” surəsində bu mübarək gecəni belə təsvir edir: “And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki, Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik.

Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq. Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).

Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.

Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur”. (“Duxan” 2-6).

İslami hədislərə nəzər salan zaman aydın görmək olur ki, Qədr gecəsi başqa dinlərdə də mövcud olmuşdur. Əlbəttə İslam Peyğəmbərinin (s) məqamı başqa peyğəmbərlərdən (ə) daha üstün olduğu üçün Qurani-Kərim bu mübarək gecədə ona nazil olmuşdur. Bu da Qədr gecəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.

Məsum İmamlardan (ə) biri buyurur: “Allah Qədr gecəsini dünyanın yaradılışının əvvəlində o zaman ki, ilk nəbini və ilk vəsini xəlq etmişdir, meydana gətirir.

Həqiqətdə belə iradə edir ki, hər il elə bir gecə olsun ki, onda gələn ilə qədər olan işlərin təfsiri nazil olsun. Hər kim bu həqiqəti inkar edər, Allahı elminə görə rədd etmiş olar.

Çünki İlahi peyğəmbərlər (ə) qiyam etməz, məgər o halda ki, belə bir gecədə onlara hüccət verilsin. Allaha and olsun ki, Adəm ölmədi, məgər o halda ki, vəsisi var idi.

Adəmdən (ə) sonra hər bir peyğəmbərə (ə) bu gecədə (Qədr) Allahdan əmr gəlirdi ki, onu özündən sonra vəsisinə buraxırdı. O kəsin imanı üstündür ki, “Qədr” surəsinin hamısına və təfsirinə iman gətirər”.

Əbuzər Həzrət Peyğəmbərdən (s) soruşur: “Qədr gecəsi ancaq peyğəmbərlərin (ə) zamanında olur və onlardan sonra aradan gedəcəkdirmi?”. Həzrət (s) buyurur: “Xeyr, belə deyildir, Qiyamət gününə qədər qalacaqdır”.

Həzrət Peyğəmbər (s) başqa bir hədisdə buyurur: “Həzrət Musa (ə) dua edən zaman buyurur: “Allahım, qürbünü istəyirəm”.

Allah Təala buyurur: “Qədr gecəsinin oyaq qalmağındadır”.

Deyir: “Rəhmətini istəyirəm”. Buyurur: “Qədr gecəsində yoxsullara rəhm etməkdədir”.

Deyir: “Allahım, Siratdan keçmək icazəsini istəyirəm”.

Cavab gəlir: “Qədr gecəsində sədəqə ver”.

Deyir: “Allahım, behişti və nemətlərini istəyirəm”.

Buyurur: “Qədr gecəsində təsbih deməyin girovundadır”.

Deyir: “Cəhənnəm atəşindən nicat istəyirəm”.

Buyurur: “Qədr gecəsində istiğfar etməkdədir”.

Deyir: “Allahım, razılığını istəyirəm”.

Buyurur: “Qədr gecəsində namaz qıl”.

Tövrat və İncildə məhz Qədr adlı bir gecə yoxdur. Ancaq onun yerinə xüsusi əməlləri olan müqəddəs gecə vardır. Fəsəh və ya Fətir adı ilə məşhurdur. Həzrət Musa (ə) həmin gecədə Bəni-İsrayili bəzi xüsusi işlərə vadar edirdi. Bu gecədən bir neçə gün əvvəl oruc tutulardı və bu, Qədr gecəsinə çox bənzəyən bir gecədir.

Xristian dinində də bu gecə müqəddəs hesab olunur. Onların inancına görə, Həzrət İsa (ə) son şamını həmin gecədə yemişdir. Bu gün xristian aləmində “işayi-Rəbbani” və ya “axırıncı şam” kimi məşhurdur.

Bu dinlər həmin gecələri Qədr gecələri adlandırmasa da, ancaq onları müqəddəs hesab edir və onda xüsusi əməllər yerinə yetirirlər. İslami hədislərdən də belə nəticəyə gəlmək olur ki, Qədr gecəsi xilqətin ilk günlərindən müəyyən edilmişdir.

Ancaq xristian və yəhudi dinlərinin müqəddəs kitablarında Qədr gecəsi adını almamışdır. Səbəbi də bu kitabların dəyişdirilməsi ola bilər. Ya da bu kitabların dili əbru dili olduğu üçün “Qədr” sözü başqa sözlə ifadə olunmuşdur.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930