Təyəmmüm etməyin düzgün qaydasını bilirsinizmi?
Mьəllif: admin1
Tarix: 2-06-2018, 10:05
Təyəmmüm etməyin düzgün qaydasını bilirsinizmi?
Təyəmmüm etməkdə beş şey vacibdir:
1. Niyyət etmək.

2. İki əlin içini təyəmmüm səhih olan bir şeyə vurmaq.

3. İki əlin içini başın tük bitən yerindən qaşları da əhatə etməklə alnın hamısına və onun iki tərəfinə burunun üstünə qədər çəkmək.

4. Sol əli sağ əlin və sonra sağ əli sol əlin üstünə bütövlükdə çəkmək.

5. Vacib ehtiyata əsasən yenidən əllərin içini təyəmmüm səhih olan yerə vurub, sol əli sağ əlin və sonra sağ əli sol əlin üstünə bütövlükdə çəkmək.

Yuxarıda deyilən qayda qüsl əvəzinə və dəstəmaz əvəzinə olan təyəmmümlərin hər ikisinə aiddir və bunların fərqi yoxdur.

Əgər alnın ya əllərin üstündən az miqdar da olsa məsh edilməyə (çəkilməyə), təyəmmüm batildir, istər bilərəkdən olsun, istər unutmaq üzündən, istərsə də məsələni bilməmək səbəbilə olsun. Əlbəttə çox diqqətə də ehtiyac yoxdur, alnının hamısı və əllərin üstü bütövlükdə məsh olunub deyiləsi qədərində məsh edilərsə, kifayətdir.

Əlin üstünü bütöv məsh etdiyinə yəqin hasil etmək üçün gərək bir miqdar biləkdən yuxarı hissədən çəkilsin, amma barmaqların arasını məsh etmək (barmaqların arasına əlini çəkmək) lazım deyil.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031