ƏLÇATMAZ ARZULAR İÇRƏ QOVRULANLAR SEVİNC ÜZÜNƏ HƏSRƏTDİR
Mьəllif: admin1
Tarix: 1-06-2018, 22:05
ƏLÇATMAZ ARZULAR İÇRƏ QOVRULANLAR SEVİNC ÜZÜNƏ HƏSRƏTDİR
Ayə və hədislərdə, adətən, dünyaya bağlılıq məzəmmət olunur. Əlbəttə ki, söhbət ifrat və təfrit bağlılıqdan gedir.

Əvvəla təyin etməliyik ki, dünya nemətlərinin faydalı bir həddi varmı? Doğrudanmı ləzzətli xörəklər, gözəl geyimlər, xoş ətirlər zərərlidir?

Bəziləri qəti şəkildə bildirirlər ki, bütün bunlar zərərlidir və onlardan istifadə edən insan mütləq cəhənnəmə gedəcəkdir. Bu olduqca yanlış fikirdir.

Bəzi şəraitdə məsumlar dünyanı zəhərli ilana oxşadırlarsa, digər bir şərait barədə Quran buyurur:

أُحِلَّ لَكُمُ الطَّيِّباتُ؛

“Bu gün pak nemətlər sizə halal edilmişdir.” (“Maidə” surəsi, ayə 5.)

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللّهِ الَّتِي أَخْرَجَ لِعِبادِهِ وَ الطَّيِّباتِ مِنَ الرِّزْقِ؛

“Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur.” (“Əraf” surəsi, ayə 32.)

وَ لَقَدْ جَعَلْنا فِي السَّماءِ بُرُوجاً وَ زَيَّنّاها لِلنّاظِرِينَ؛

“Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik.” (“Hicr” surəsi, ayə 16.)

Adətən, kənddə yaşayıb heyvandarlıqla məşğul olanlar üçün çoxsaylı sürüsünü müşahidə etməkdən ləzzətli iş yoxdur. Allah-Taala buyurur:

وَ لَكُمْ فِيها جَمالٌ حِينَ تُرِيحُونَ وَ حِينَ تَسْرَحُونَ؛

“Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alır, fərəhlənirsiniz.” (“Nəhl” surəsi, ayə 6.)

Allah-Taala hər şərait üçün xüsusi nemətlər yaradaraq dünya həyatını zinətləndirmişdir. İnsan bütün halal nemətlərdən istifadə etməli, şəxsi görünüşünə də fikir verməlidir:

خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِد؛

“Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz.” (“Əraf” surəsi, ayə 31.)

İkinci mühüm məsələ insanın bu nemətlərə qəlbən bağlı olmasıdır. Hər hansı bir nemətə qəlbən bağlanmaq üçün insan çox qüdrətli olmalıdır. Ayə və rəvayətlər dünyanı yox, məhz dünyaya bağlılığı pisləyir. Dünya yox, dünyaya məşğul olub Allahı unutmaq pisdir.

İnsan öz təsiri altında olanları dünyaya bağlılıqdan xilas edə bilərmi?! Ən təsirli üsullardan biri ifrat və təfritdən çəkinib orta həddi gözləməkdir. İnsanı ifrat və təfritdən çəkindirəcək şərait lazımdır.

Belə bir şərait olmadıqda, orta həddi qorumaq problemə çevrilir. Məsələn, yetkinlik yaşına çatmış bir gənci tərbiyə etmək üçün onunla yumşaq rəftar edib onu mənəvi işlərə həvəsləndirəcək şərait yaratmaq lazımdır. Hansı ki, dünya məhəbbəti nə tərbiyəçi, nə də şərait istəyir.

Əgər insan tabeçiliyində olan insanlar üçün orta həddən artıq dünya şəraiti yaradarsa, onları dünyapərəstliyə təşviq edir. İnsan bütün sahələrdə özünü normadan aşağı faydalanmağa öyrətməlidir. Dünya məsələlərində üstünlük qazanmaq həvəsi insanı küfrə endirə bilər. “Qəsəs” surəsinin 83-cü ayəsində buyurulur:

تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَ لا فَساداً؛

“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edirik.”

İmam Sadiq (ə) buyurur ki, ayaqqabısına dostununkundan yaxşı bağ bağlamaq istəyən özünü yuxarı tutmaq xəstəliyinə düçar olub. O həzrət öz səhabəsi İbn Cündəbə buyurur:

واقْنَعْ بِما قَسَّمُهُ اللّهُ لَكَ و لاتَنْظُرْ اِلاّ اِلى ما عِنْدَكَ و لاتَتَمَنَّ ما لَسْتَ تَنالُهُ فَاِنَّ مَنْ قَنَعَ شَبَعَ وَ مَنْ لَمْ يَقْنَعْ لَمْ يَشْبَعْ و خُذْ حَظَّكَ مِنْ آخرَتِك و لاتَكُنْ بَطِراً فى الغِنى و لا جَزِعاً فى الفَقْرِ.

“Allahın müqəddər etdiyinə qane ol. Öz əlində olanlarına nəzər sal (başqalarının malik olduqlarına göz dikmə). Əlin çatmayanları arzu etmə. Yalnız qənaət ruhiyyəsinə sahib olan kəs toxdur, əks-təqdirdə, həmin kəs heç vaxt doymayacaq. Sənə çatandan axirətin üçün isifadə et, zənginlik zamanı sərxoş olma və yoxsulluq zamanı da taqətsizlik göstərmə!”

Adamların xarakterinə işarə olunan bir məsəldə deyilir ki, kimi bəzi insanlar içində yarısına qədər su olan stəkanın boş yarısını, bəziləri isə dolu yarısını görür.

Allah istəyir ki, insan dolu yarısına nəzər salıb şükür etsin. Bəzən insan heç vaxt çata bilməyəcəyi şeyləri ələ gətirməkdən ötrü daim götür-qoy edir. Qənaət ruhiyyəsində olan şəxs heç zaman acımadığı kimi bu ruhiyyədə olmayanlar da heç zaman doymur.

Onlar hesablarında pul, süfrələrində dadlı təamlar olduğu halda, ehtiyac və aclıq hissi ilə əriyirlər. Dünya şor suya bənzəyir. Onu içənin ciyəri yanır.

İnsan malik olduğu şeylərin qədrini bilib qane olarsa, hər zaman şad olar. Amma öz olanlarına qane olmayıb əlçatmaz arzular içrə qovrulanlar sevinc üzünə həsrətdir.

(“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 20-ci dərs, səh.182-184.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930