Ramazan ayında üzrlü səbəb üzündən oruc tuta bilməyən şəxs bu ayın bərəkətindən məhrum olurmu?
Mьəllif: admin1
Tarix: 16-03-2024, 21:59
Ramazan ayında üzrlü səbəb üzündən oruc tuta bilməyən şəxs bu ayın bərəkətindən məhrum olurmu?
Ramazan mübarək aydır və hər kəs bu ayın bərəkətindən faydalanmağa çalışmalıdır. Ramazanın bərəkətindən məhrum qalmaq böyük itkidir.

Əgər insan qəsdən, heç bir üzrü olmadan Ramazan ayının orucunu tutmasa, günah etmiş olur və təbii ki, bu mübarək ayın savabını itirir. Amma əgər üzrü varsa, bu halda onun Ramazan bərəkətindən məhrum qaldığını söyləmək düzgün deyil.

Əgər insan səfər, xəstəlik, heyz (qadınlarda) üzündən Ramazan ayının istər bir neçə günündə, istərsə də bütün ay boyunca oruc tutmasa, öhdəsində olan vəzifəyə düzgün əməl etdiyi təqdirdə savab sahibi olur.

Öhdəsində olan vəzifə deyərkən, sağaldıqdan sonra həmin günün orucunu qəza etmək, lazım olan hallarda ehtiyaclı şəxslərə fidyə (yemək) vermək nəzərdə tutulur.

Unutmaq olmaz ki, oruclu şəxsə iftar vermək, oruclu şəxsə xidmət göstərmək, oruc tuta bilməsə də, digər ibadətləri yerinə yetirmək, çoxlu dua etmək, Quran oxumaq, ehsan vermək və s. yollarla da savab qazanmaq mümkündür. Əlbəttə, bir daha təkrar edirik ki, bunlar üzrlü səbəb üzündən oruc tuta bilməyənlərə aiddir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031