Fəsad törətmək (pozğunluğu yaymaq)
Mьəllif: admin1
Tarix: 21-01-2024, 14:28
Fəsad törətmək (pozğunluğu yaymaq)
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ


Möminlər arasında iyrənc işlərin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah (onları) tanıyır, siz isə tanımırsınız. (Nur, 19).

İzah: “Fəhşa”nın yayılması bu gün – kütləvi informasiya vasitələrinin inkişaf etməsi ilə – təəssüf ki, daha çox rast gəlinən günahlardandır. “Fəhşa” dedikdə hər növ aşkar və böyük günah nəzərdə tutulur.

Başqalarının sirlərini və gizli eyiblərini ifşa etmək nəinki onların şəxsi toxunulmazlıq hüququnu pozmaq, hətta günaha ümumi (ictimai) yön verməkdir.

Yəni cəmiyyətdə bədbinliyi yayır, bir çox günahların qəbahətini aradan qaldırır və cəmiyyəti əxlaqi təhlükə və həyasızlıqla üz-üzə qoyur. Əslində “Fəhşa”nı yaymaq qeyri-müstəqim olaraq əxlaq normalarını hədəfə alır.

Buna görə də Allah-Taala tək fəsadı yayanları yox, hətta bu məşum əməli sevənləri də dünya və Axirətdə üzücü əzaba düçar edəcəkdir.

Qeyd edək ki, informasiya və mətbuat azadlığı, cəmiyyəti məsul şəxslərin məsuliyyəti ilə bağlı məlumatlandırmaq və s. kimi bəhanələr bu günahı işləməyə dəlil ola bilməz.

Hədis: İslam peyğəmbəri (s): “Pis bir əməli yayan onu ilk dəfə görən kimidir” (Kafi, c. 2, səh. 356, hədis: 2).

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031