Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan!
Mьəllif: admin1
Tarix: 30-05-2018, 21:55
Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan!
Ramazan ayı çeşmədir. Bir ömür rahat olmaq üçün iç! İç ki, canın həqiqət aləmi ilə bir olsun. Əgər insan öz nəfsini boşlasa, bu dünyanı öz yeyib-içmək yeri qərar verir və yalnız maddiyyatdan qidalanır. Bax gör, nəyə meylin vardır və onu et. Əgər halın varsa, Quran oxu, yoxdursa, namaz qıl. Əgər hövsələn yoxdursa, şeir oxu. Mərifət əhlinin böyüklərindən bəziləri şeir vasitəsilə halının dəyişdiyini deyir.

Ramazan ayında Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan.

"Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!" ("Qədr" surəsi, 3-cü ayə.)

Yəni, gəl sənə min ay miqdarında həqiqətlə qidalandırım. Bunun yolu yalnız şəriətə əməl etmək və Allahın hədlərinə riayət etməkdir.

"Və Mənə ibadət edin, doğru yol budur?!" ("Yasin" surəsi, 61-ci ayə)

Bəndəlik birbaşa tövhidə gedən yoldur və sapınması yoxdur. Həmin dəstur-əməllər bəndəliyi insan üçün ərməğan gətirir.

Ustad Füruği


(islamazeri)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930